Çarli Vayt (; ) — Birləşmiş Ştatları təmsil edən fiqurçu. Çarli Vayt, Meril Devis ilə birgə 2002-ci ildən 2014-cü ilə qədər beynəlxalq yarışlarda mübarizə aparıb. Meril Devis və Çarli Vayt cütlüyü, 2010-cu ildə Kanadada baş tutan XXI Qış Olimpiya Oyunlarında gümüş medala, 2014-cü ildə Rusiya Federasiyasının Soçi şəhərinin ev sahibliyində baş tutan XXII Qış Olimpiya Oyunlarında isə qızıl və bürünc medalın sahib olub.

Meril Devis və Çarli Vayt cütlüyü, həm də 2010 və 2012-ci illərdə baş tutan Dünya Çempionatlarının gümüş medalına, 2011 və 2013-cü illərdə baş tutan çempionatların isə qızıl medalına sahib olub, beş dəfə (2009–2010, 2010–2011, 2011–2012, 2012–2013 və 2013–2014) ISU Qran-Pri Finalında qızıl medala, 2006-cı ildə gənclər arasında Dünya Çempionatında bürünc medala, habelə altı dəfə (2009, 2010, 2011, 2012, 2013 və 2014-cü illərdə) isə ABŞ Çempionatının qızıl medalına sahib olub.

Meril Devis və Çarli Vayt cütlüyü, ISU Çin və Fransa Qran-Priləri istisna olmaqla, digər dörd Qran-Pri mərhələsinin hamısında qalib olmağı bacaran azsaylı idmançılardandır. Devis və Vayt cütlüyü 4 dəfə ABŞ Qran-Prisinin (2010, 2011, 2012 və 2013-cü illərdə), 4 dəfə Yaponiya Qran-Prisinin (2009, 2010, 2012 və 2013-cü illərdə), 2 dəfə Rusiya Qran-Prisinin (2009 və 2011-ci illərdə) və 1 dəfə Kanada Qran-Prisinin (2008-ci il) qalibi olub.

Karyerası ərzində 61 yarışa qatılan Meril Devis və Çarli Vayt cütlüyü, onların 31-də qızıl medal, 9-da gümüş medal, 8-də isə bürünc medal qazanıb.

Həyatı Çarli Vayt 1987-ci il sentyabrın 24-də Birləşmiş Ştatların Miçiqan ştatının Royal-Ou şəhərində anadan olub.

Çarli Vayt beş yaşından idmanla məşğul olmağa başladı. Əvvəlcə fərdi yarışlarda məşq edən Çarli Vayt, daha sonra məşqçilərin məsləhəti ilə buzüstü rəqs yarışlarda çıxış etməyə başladı. 1997-ci ildən Meril Devis ilə məşq etməyə başlayan Çarli Vayt, onunla birgə 2002-ci ildən beynəlxalq səviyyədə baş tutan yarışlarda mübarizə apardı.

Çarli Vayt 2015-ci il aprelin 25-də Turin Olimpiadasının gümüş medalçısı olan Tanir Belbin ilə ailə həyatı qurdu.

Karyerası

2006–2007-ci illər mövsümü: Dünya Çempionatlarında debüt thumb|300x300px|alt=|Meril Devis və Çarli Vayt cütlüyü 2006-cı ilin ISU Kanada Qran-Prisində|left Meril Devis və Çarli Vayt cütlüyü, 2006-cı ilin 2–5 noyabrında Kanadanın Britaniya Kolumbiyası əyalətində baş tutan ISU Qran-Pri yarışının Kanada mərhələsində mübarizə apardı. Məcburi rəqsdə 25.54 balla 8-ci, orijinal rəqsdə 52.30 balla 3-cü, sərbəst rəqsdə isə 84.84 balla 4-cü pillənin sahibi olan Devis və Vayt cütlüyü, ümumi nəticədə 162.68 balla 11 idmançı sırasında dördüncü pillənin sahibi oldu.

Bir ay sonra isə Devis və Vayt cütlüyü, Yaponiyanın Naqano şəhərinin ev sahibliyində baş tutan ISU Qran-Pri yarışının Yaponiya mərhələsində (NHK Trophy) mübarizə apardı. Məcburi rəqsdə 30.98 balla, orijinal rəqsdə 52.86 balla, sərbəst rəqsdə isə 86.66 balla dördüncü pillənin sahibi olan Devis və Vayt cütlüyü, ümumi nəticədə 170.50 balla 11 idmançı sırasında dördüncü pillənin sahibi oldu. Mövsüm ərzində Kanada və Yaponiya Qran-Prilərində medala sahib ola bilməyən Devis və Vayt cütlüyü, ISU Qran-Pri Finalına vəsiqə qazana bilmədi.

Daha sonra Meril Devis və Çarli Vayt cütlüyü, 2007-ci ilin 20–28 yanvarında Vaşinqton ştatında baş tutan ABŞ Çempionatında mübarizə apardı. Məcburi rəqsdə 36.18 balla 2-ci, orijinal rəqsdə 54.72 balla 4-cü, sərbəst rəqsdə isə 94.22 balla 3-cü pillənin sahibi olan Devis və Vayt cütlüyü, ümumi nəticədə 185.12 balla 12 idmançı sırasında üçüncü pillənin sahibi oldu və ABŞ Çempionatının bürünc medalını qazandı. Bununla da Devis və Vayt cütlüyü, mart ayında Yaponiyada baş tutan Dünya Çempionatına vəsiqə qazandı.

2007-ci ilin 6–10 fevralında Vaşinqton ştatının ev sahibliyində Dörd Qitənin Çempionatı baş tutdu. Meril Devis və Çarli Vayt cütlüyü, məcburi rəqsdə 33.68 balla üçüncü, orijinal rəqsdə 54.66 balla dördüncü, sərbəst rəqsdə isə 92.36 balla beşinci pillənin sahibi oldu. Bununla da Meril Devis və Çarli Vayt cütlüyü, ümumi nəticədə 180.70 balla Dörd Qitə Çempionatını dördüncü pillədə başa vurdu.

2006–2007-ci illər mövsümünün əsas yarışı – 20–25 martda Yaponiyanın ev sahibliyində baş tutan Dünya Çempionatı idi. Dünya Çempionatlarında debüt edən Meril Devis və Çarli Vayt cütlüyü, məcburi rəqsdə 32.15 balla 10-cu, orijinal rəqsdə 55.82 balla 8-ci, sərbəst rəqsdə isə 92.18 balla 7-ci pillənin sahibi oldu. Bununla da Devis və Vayt cütlüyü, ümumi nəticədə 180.15 balla Dünya Çempionatını yeddinci pillədə başa vurdu.

2007–2008-ci illər mövsümü: Dörd Qitə Çempionatında uğur thumb|270x270px|alt=|Meril Devis və Çarli Vayt cütlüyü 2008-ci ilin Dünya Çempionatında Meril Devis və Çarli Vayt cütlüyü, 2007–2008-ci illər mövsümündə ABŞ və Fransa Qran-Prilərində mübarizə apardı. Birləşmiş Ştatların Pensilvaniya ştatının Ridinq şəhərində baş tutan ISU Qran-Pri yarışının ABŞ mərhələsində Devis və Vayt cütlüyü, məcburi rəqsdə 30.16 balla beşinci, orijinal rəqsdə 52.84 balla dördüncü, sərbəst rəqsdə isə 85.80 balla dördüncü pillənin sahibi oldu. Bununla da Devis və Vayt cütlüyü, ümumi nəticədə 168.80 balla 10 idmançı sırasında dördüncü pillənin sahibi oldu.

15–18 noyabrda isə Devis və Vayt cütlüyü, Fransanın Paris şəhərinin ev sahibliyində baş tutan ISU Qran-Pri yarışının Fransa mərhələsində (Trophee Eric Bompard) mübarizə apardı. Məcburi rəqsdə 32.74 balla üçüncü, orijinal rəqsdə 55.26 balla üçüncü, sərbəst rəqsdə isə 90.22 balla üçüncü pillənin sahibi olan Devis və Vayt cütlüyü, ümumi nəticədə 178.22 balla 10 idmançı sırasında üçüncü pillənin sahibi oldu və Fransa Qran-Prisinin bürünc medalını qazandı. Mövsüm ərzində ABŞ və Fransa Qran-Prilərində dördüncü və üçüncü pillələrin sahibi olan Devis və Vayt cütlüyü, ISU Qran-Pri Finalına vəsiqə qazana bilmədi.

Daha sonra Meril Devis və Çarli Vayt cütlüyü, 2008-ci ilin 20–28 yanvarında Minnesota ştatının Sent Pol şəhərində baş tutan ABŞ Çempionatında mübarizə apardı. Ötən il ABŞ Çempionatının bürünc medalına sahib olan Devis və Vayt cütlüyü, məcburi rəqsdə 40.60 balla, orijinal rəqsdə 62.70 balla, sərbəst rəqsdə isə 105.54 balla 2-ci pillənin sahibi oldu. Bununla da Devis və Vayt cütlüyü, ümumi nəticədə 208.84 balla 2-ci pillənin sahibi oldu və ABŞ Çempionatının gümüş medalını qazandı. Bununla da Devis və Vayt cütlüyü, mart ayında İsveçdə baş tutan Dünya Çempionatına vəsiqə qazandı.

2008-ci ilin 10–18 fevralında Cənubi Koreyanın Koyan şəhərinin ev sahibliyində Dörd Qitənin Çempionatı baş tutdu. Meril Devis və Çarli Vayt cütlüyü, məcburi rəqsdə 38.36 balla, orijinal rəqsdə 62.94 balla, sərbəst rəqsdə isə 101.16 balla 2-ci pillələrin sahibi oldu. Bununla da Meril Devis və Çarli Vayt cütlüyü, ümumi nəticədə 202.46 balla Dörd Qitə Çempionatının gümüş medalına sahib oldu.

2006–2007-ci illər mövsümünün əsas yarışı – 16–24 martda İsveçin Göteborq şəhərinin ev sahibliyində baş tutan Dünya Çempionatı idi. Meril Devis və Çarli Vayt cütlüyü, məcburi rəqsdə 35.80 balla yeddinci, orijinal rəqsdə 60.36 balla yeddinci, sərbəst rəqsdə isə 96.04 balla altıncı pillənin sahibi oldu. Bununla da Devis və Vayt cütlüyü, ümumi nəticədə 192.20 balla Dünya Çempionatını altıncı pillədə başa vurdu.

2008–2009-cu illər mövsümü: ISU Qran-Pri Finalında bürünc medal thumb|266x266px|alt=|Meril Devis və Çarli Vayt cütlüyü 2008-ci ilin Qran-Pri Finalında|left Meril Devis və Çarli Vayt cütlüyü, 2008–2009-cu illər mövsümündə Kanada və Rusiya Qran-Prilərində mübarizə apardı. 1–2 noyabrda Kanadanın Ontario əyalətinin Ottava şəhərində baş tutan ISU Qran-Pri yarışının Kanada mərhələsində Devis və Vayt cütlüyü, məcburi rəqsdə 30.30 balla, orijinal rəqsdə 56.36 balla, sərbəst rəqsdə isə 88.24 balla birinci pillənin sahibi oldu. Bununla da Devis və Vayt cütlüyü, ümumi nəticədə 178.90 balla 8 idmançı sırasında birinci pillənin sahibi oldu və Kanada Qran-Prisinin qalibi oldu.

20–24 noyabrda isə Devis və Vayt cütlüyü, Rusiyanın ev sahibliyində baş tutan ISU Qran-Pri yarışının Rusiya mərhələsində (Cup of Russia) mübarizə apardı. Məcburi rəqsdə 35.78 balla 3-cü, orijinal rəqsdə 44.68 balla 8-ci, sərbəst rəqsdə isə 92.16 balla 2-ci pillənin sahibi olan Devis və Vayt cütlüyü, ümumi nəticədə 172.62 balla 10 idmançı sırasında üçüncü pillənin sahibi oldu və Rusiya Qran-Prisinin bürünc medalını qazandı. Mövsüm ərzində Kanada və Rusiya Qran-Prilərində qızıl və bürünc medallara sahibi olan Devis və Vayt cütlüyü, birinci dəfə ISU Qran-Pri Finalına vəsiqə qazandı.

ISU Qran-Pri Finalı Cənubi Koreyanın Koyan şəhərinin ev sahibliyində baş tutdu. Devis və Vayt cütlüyü, orijinal rəqsdə 55.90 balla beşinci pillənin, sərbəst proqramda isə 92.15 balla üçüncü pillənin sahibi oldu. Bununla da Devis və Vayt cütlüyü, ümumi nəticədə 148.05 balla ISU Qran-Pri Finalının bürünc medalına sahib oldu.

Daha sonra Meril Devis və Çarli Vayt cütlüyü, 2009-cu ilin 18–25 yanvarında Ohayo ştatının Klivlend şəhərində baş tutan ABŞ Çempionatında mübarizə apardı. 2007-ci ildə bürünc, 2008-ci ildə isə gümüş medalın sahibi olan Devis və Vayt cütlüyü, bu səfər məcburi rəqsdə 40.94 balla, orijinal rəqsdə 62.94 balla, sərbəst rəqsdə isə 100.82 balla birinci pillənin sahibi oldu. Bununla da Devis və Vayt cütlüyü, ümumi nəticədə 204.70 balla 15 idmançı sırasında birinci pillənin sahibi oldu və birinci dəfə ABŞ Çempionatının qalibi oldu. Devis və Vayt cütlüyü, həm də mart ayında Birləşmiş Ştatlarda baş tutan Dünya Çempionatına vəsiqə qazandı.

2008-ci ilin 2–8 fevralında Kanadanın ev sahibliyində Dörd Qitənin Çempionatı baş tutdu. Meril Devis və Çarli Vayt cütlüyü, məcburi rəqsdə 35.24 balla 2-ci, orijinal rəqsdə 60.42 balla 2-ci, sərbəst rəqsdə isə 96.74 balla birinci pillələrin sahibi oldu. Bununla da Meril Devis və Çarli Vayt cütlüyü, ümumi nəticədə 192.40 balla Dörd Qitə Çempionatının qızıl medalına sahib oldu.

2008–2009-cu illər mövsümünün əsas yarışı – 22–30 martda Birləşmiş Ştatların Kaliforniya ştatının Los-Anceles şəhərinin ev sahibliyində baş tutan Dünya Çempionatı idi. Meril Devis və Çarli Vayt cütlüyü, məcburi rəqsdə 37.74 balla dördüncü, orijinal rəqsdə 62.60 balla üçüncü, sərbəst rəqsdə isə 100.04 balla üçüncü pillənin sahibi oldu. Bununla da Devis və Vayt cütlüyü, ümumi nəticədə 200.38 balla Dünya Çempionatını dördüncü pillədə başa vurdu.

2009–2010-cu illər mövsümü: Olimpiya Oyunlarında debüt Meril Devis və Çarli Vayt cütlüyü, 2009–2010-cu illər mövsümünün əvvəlində Almaniyanın Oberstdorf şəhərinin ev sahibliyində baş tutan "Nebelhorn Trophy" beynəlxalq yarışında mübarizə apardı. Məcburi rəqsdə 37.62 balla, orijinal rəqsdə 62.08 balla, sərbəst rəqsdə isə 100.76 balla birinci pillənin sahibi olan Devis və Vayt cütlüyü, ümumi nəticədə 200.46 balla "Nebelhorn Trophy" beynəlxalq yarışının qalibi oldu.

Meril Devis və Çarli Vayt cütlüyü, 2009–2010-cu illər mövsümündə Rusiya və Yaponiya Qran-Prilərində mübarizə apardı. Rusiyada baş tutan ISU Qran-Pri yarışının Rusiya mərhələsində (Rostelecom Cup) Devis və Vayt cütlüyü, məcburi rəqsdə 38.88 balla, orijinal rəqsdə 62.22 balla, sərbəst rəqsdə isə 101.02 balla birinci pillənin sahibi oldu. Bununla da Devis və Vayt cütlüyü, ümumi nəticədə 202.12 balla birinci pillənin sahibi oldu və Rusiya Qran-Prisinin qalibi oldu.

5–8 noyabrda isə Devis və Vayt cütlüyü, Yaponiyanın Naqano şəhərinin ev sahibliyində baş tutan ISU Qran-Pri yarışının Yaponiya mərhələsində (NHK Trophy) mübarizə apardı. Məcburi rəqsdə 38.10 balla, orijinal rəqsdə 64.10 balla, sərbəst rəqsdə isə 101.80 balla birinci pillənin sahibi olan Devis və Vayt cütlüyü, ümumi nəticədə 204.00 balla 10 idmançı sırasında birinci pillənin sahibi oldu və Yaponiya Qran-Prisinin də qızıl medalını qazandı. Mövsüm ərzində Rusiya və Yaponiya Qran-Prilərində qızıl medallara sahibi olan Devis və Vayt cütlüyü, növbəti dəfə ISU Qran-Pri Finalına vəsiqə qazandı.