İbn Makula (tam adıː Əbu Nəsr Əli ibn Hibbətullah ibn Əli ibn Cəfər ibn Əli ibn Məhəmməd ibn Makula; ; ) — mavlə, böyük əmir, alim, tarixçi, ədib, hafiz, tənqidçi, nəssəbə.Əliyeva Nərgiz Ağasəlim qızı. İbn Makula (1030–1082) azərbaycanlı ziyalılar haqqında. Bakı: Turxan NPB, 2014. – s.14–21
Həyatı IX əsrdə Əbu Cəfər Məhəmməd ibn Həbib əl-Bağdadi tərəfindən əsası qoyulan "əl-Mütəlif vəl-Müxtəlif" ("Adların oxşar və fərqli cəhətləri") janrı ərəb-müsəlman ədəbiyyatında bioqrafik ədəbiyyatın bir qolu hesab edilir. Bu janr XI əsrin ikinci yarısından başlayaraq çiçəklənmə dövrünü yaşayır. "Əl-Mütəlif vəl-Müxtəlif" mövzusunda yazan çoxsaylı müəlliflər arasında İbn Makulanın özünəməxsus yeri var. Qərbi Avropa və rus alimlərindən K. Brokkelman və İ. Kraçkovski dövrün bu janrda yazmış çoxsaylı müəllifləri arasında məhz İbn Makulanın adını xüsusi qeyd etmişlər. Akademik İ. Kraçkovski İbn Makulanı əs-Səmaninin (1113–1167) sələfi kimi qəbul edərək onun "Əsma ər-Ricəl" ("Hədis bilicilərinin adları") haqqında yazdığını vurğulamışdır.И. Ю. Крачковский. Избранные сочинения, т. IV. М.-Л., 1957, с. 315–316
Ərəb ədəbiyyatı tarixində mavlə, böyük əmir, alim, tarixçi, ədib, hafiz, tənqidçi, nəssəbə (genealogiya ilə məşğul olan alim) kimi məşhur olan Əbu Nəsr Əli ibn Hibbətullah ibn Əli ibn Cəfər ibn Əli ibn Məhəmməd ibn Makula öz dövrünün tanınmış simalarındandır. O, Bağdadda vəzirlər, qazılar yetişdirən hörmətli, sayılıb-seçilən bir ailədə doğulmuşdur.
Makula adının mənası barədə ərəb müəllifləri məlumat vermir. Bununla maraqlanan İbn Xəllikan qeyd edir ki, o, bu sözün mənasını aça bilməmişdir.ابن خلكان. كتاب و فياة االعيان و انبا الزمان. الجلد االول، القاھرة،١٩٨١ ،ص.٣٣٣ Onların nəsli Əbu Duləf əl-İcli övladları da adlanırdı. İclilər – Bəkr ibn Vail, sonra isə Rəbiədən Nəzər ibn Məad ibn Adnanın oğlullarından olan Mudarın qardaşlarının nəslidir.ابن ماكوال.االكمال فى رفع االرتيابعن الموتلف والمختلف فى االسمأ الكنى واالنساب، بيروت، ١٩٩٠ ، الجلداالول، ص. ب Azərbaycanla əlaqəsi olmuş Əmir Cavad Əbu Duləf əl-Qasım ibn İsa əl-İcli bu nəsildəndir. İbn Kəsir xəbər verir ki, o, Xəlifə Məmun və Mötəsimin qoşun başçısı olmuşdur.ابنالكثير. البداية و النھاية.الجلد الخامس، دار الطقوى، المدينة المنورة، ص.٦٥٨ Atası Hibbətullah isə Əmir əl-Möminin əl-Qaim Biəmrillahın vəziri olmuşdur. Bəzi mənbələrdəإبنعساكر. تاريخ إبنعساكر. الجلد الثانى عشرة،ص. ٨٣-١٨٢ əmisi Hüseynin, digər mənbələrdə.شذراتالذھب فى اخبار من ذھب للموٴرخ الفقيه االديب ابى الفالح عبد الحى بن العماد الحنبلى.ج.٣ — ٤ ، بيروت، ص. ١٨٣ isə əmisi Abdullanın qazılar qazısı olması haqqında məlumat verilir. Bu nəsil həm də qazılar nəsli olduğu üçün İbn Makulanın həriki əmisinin müəyyən müddət qazılar qazısı olması mümkündür. Özünün "Sədül-məlik" və "Əmir" ləqəbləriylə tanınmasının səbəbi, xəlifə Müqtədi Biəmrillah tərəfindən Xorasan və Səmərqəndə elçi kimi göndərilərkən bu adların verilməsidir.
Əslən İsfahan nahiyəsindəki Cərbəzqandan olan İbn Makula 5 Şaban hicri 421-ci ildə (8 avqust 1030-cu il) Bağdad yaxınlığındakı Ukbəra kəndində anadan olmuşdur. İbn Makulanın doğum tarixi hicri 402 (1011), 420, 422 və 429 (1038) olaraq da qeyd edilmişdir.Nuri Topaloğlu. İbn Makula. İslam Ansiklopedisi. C. 20, İstanbul, 1999, s. 168 Hər iki nisbə ilə, yəni Cərbəzqani və Bağdadi nisbələri ilə anılır. On yaşından etibarən tanınmış müəllimlərdən dərs alan İbn Makula iyirmi yaşına qədər onlardan Quran, ərəb dili, ədəbiyyat, hədis və hesabı öyrənmişdir. Daha sonra təhsilini davam etdirmək üçün Xorasan, Mavəraünnəhr, Cəzirə, Dəməşq və Misirə getmişdir.الزرقلى خير الدين. االعالم. القاھرة ١٣٧٣-٧٨ ﴿١٩۵٩-١٩۵۶ ﴾الجلد الخامس ، النشر .الثانى، ص. ٧٨١ Yaxınları arasında hədis bilicisi kimi tanınmışdır. Əlavə olaraq hədis ravilərini gözəl tanıması, nəhv elmini dərindən bilməsi və yazdığı şeirlər onu daha da məşhur etmişdir. 462-ci ildə (1070) Bağdada qayıdan İbn Makulanın ölüm tarixi haqqında alimlərin fikri demək olar ki, bir qədər fərqlənir. İbn Əsakirə görə o, hicri 475 (1082)-ci ildə Cürcanda özünün türk xidmətçiləri tərəfindən qətlə yetirilmişdir.إبنعساكر. تاريخ إبنعساكر. الجلد الثانى عشرة ، ص. ٠٨٢
Hafiz ibn Nəsr də təqribən belə əhvalat danışır. İbn Nəsrə görə, h. 475-ci ildə (1082) Kirman tərəfə səfər edən İbn Makulanı yanında olan türk məmlükləri öldürərək malını ələ keçirmişlər. Əs-Səmani İbn Makulanın ya hicri 476 (1083), ya da 477-ci (1084) ildə Əhvazda öldürülməsi haqqındakı məlumatı da İbn Nəsrdən eşitmişdir. Başqa bir versiyaya görə, İbn Makula Bağdaddan çıxıb Xuzistana gedərkən öldürülmüşdür. Bunu əs-Səmanidən başqa İbn Xəllikan da xəbər verir. O deyir: "Xidmətçiləri onu öldürərkən malını götürüb qaçmışlar".
Yaradıcılığı İbn Makulanın müəllimləri arasında Xətib əl-Bağdadi, Buşra ibn Masis əl-Fatini ər-Rumi, Əhməd ibn Məhəmməd əl Atiqi və Qazı Əbu-t-Tayyib ət-Təbəri kimi alimlər olmuşdur. Onlardan başqa Übeydullah ibn Ömər ibn Şahin, Məhəmməd ibn Məhəmməd əl-Gilani, Əbu Mənsur Məhəmməd ibn əs-Savaq, Əbdüssəməd ibn Məhəmməd ibn Mukrəm və onun Bağdaddakı təbəqələri, Əbülqasım əl-Hinəi və onun Dəməşqdəki təbəqələrinin hədislərini dinləməsi haqqında orta əsr mənbələri məlumat verirlər. Onlardan bəzilərini Misirdə, digərlərini isə Xorasan, Mavəraünnəhr, Cibəl, əl-Cəzirə və sahil şəhərlərində dinləmişdir. İbn Makula təhsil aldığı şəhərlərdə bir çox hafiz və alimlərlə görüşmüşdür. Onun şeyxi olmuş Əbu Bəkr əl-Xətib (Xətib əl-Bağdadi), fəqih Nəsr ibn İbrahim əl-Müqəddəsi, Hafiz əl-Həsən ibn Əhməd əs-Səmərqəndi, Məhəmməd ibn Əbdülvahid əd-Duqqəq, Şuc’a ibn Faris əz-Zəhli, Əbu Abdulla əl-Humeydi, Məhəmməd ibn Tərxan ət-Türki və başqaları ondan faydalananlar arasında sayılmışlar. Onlar İbn Makuladan hədis öyrənmişlər.
Ərəb ədəbiyyatında İbn Makulanın əsil-nəcabətli nəsli haqqında da məlumatlara rast gəlmək olur. O, İmam Əlinin (r.a.) nəslindən olan Əş-Şərif Əbu Talib Əli ibn Hüseyn ibn əl-Həsən ibn Əli ibn əl-Hüseyn ibn Məhəmməd ibn əl-Həsən, Əbülhüseyn Əli ibn Məhəmməd ət-Tabaraninin əshabələrindən bir qrupu haqqında rəvayət etmiş, çoxlu hədis yazmışdır. Hədis toplamaq üçün Nişapura səfər etmiş, qeyri-adi (ğarib) hədisləri təsnif etdiyi samballı bir kitab yazmışdır. Həmədanda qərarlaşmış, imla məclisləri təşkil etmişdi.ابن ماكوال. الجلداالول ،ص. ١٨ Şiraveyh əd-Deyləmi "ət-Tabəqat" əsərində yazırdı ki, Əmir Əbu Nəsr Səad əl-Mülkün vəziri kimi tanınırdı, o dəfələrlə elçi (səfir) kimi göndərilmişdi. O, kamil bir hafiz idi, bu iş onu həmişə məşğul etmişdi. Yaşadığı dövrdə Xətibdən başqa ona tay yox idi. İbn əl-Əsakirin məlumatına görə onun atası Hibbətullah Əmir əl-Mömin əl-Qaimin vəziri olmuş, əmisi əl-Hüseyn isə Bağdadda qazı məhkəmələrinə başçılıq etmişdir.
Əbülhəsən Məhəmməd ibn Mərzuqə görə, Xətib əl-Bağdadinin "Əl-Mutənif" əsərini təhlil edən İbn Makula onu bu əsərinə görə məzəmmət etmişdi. Bu xəbər Xətibə çatmışdı. İbn Makula Xətibin yanına gələrkən o, bu haqda xəbər alır. İbn Makula bunu inkar edir, heç cür boynuna almır və israr edərək deyir: "heç ağlıma da gəlməyib". Deyirlər ki, İbn Makulanın yazdığı tənqid Xətib əl-Bağdadi ölənə qədər səssiz qalır, yalnız o vəfat edəndən sonra işıq üzü görür. Ibn Makulanın Xətib əl Bağdadinin əsərinə yazdığı tənqidi mətn "Mustəmərrul-avham" ("Xəyalların davamlı olması") adlanırdı.ابن ماكوال. الجلد االول ،ص. ج
İbn Makula haqqında orta əsr müəlliflərindən əl-Müqəddəsi, əs-Səmani, İbn-Nəccar, əd-Duni və əs-Siləfi də öz fikirlərini bildirmişlər. Əs-Səmani demişdir:
Dünyanı dolaşan İbn Makula dövrünün mədəniyyət mərkəzlərindən olan Bağdadda qərar tutmuşdur. Bu şəhərdə azərbaycanlı Bədil ibn Əli əl-Bərzəndi* İbn Makulanın özünün şeyxlərinə hədis nəql etmişdir.ابن ماكوال. الجلد االول ، ص. ٨١٢- ٢ ١ ٩
Ərəb müəlliflərindən İbn Nəccar onun gənc yaşlarından elmi sevdiyini, hədis toplaması haqqında məlumat verir. O, qeyd edirdi ki, camaat şeyxləri onun evinə yola salar, İbn Makula onları dinləyərdi, sonra isə özü də səyahətə çıxardı. Hədis işində o çox usta idi. Ədəb elminə də yiyələnmişdi. Onun nəzm, nəsr və digər ədəbi əsərləri var. Əl-Müqtədi Billah onu Səmərqənd və Buxaraya elçi təyin etmişdi. Ümumiyyətlə, alimlərin çoxu onun hafizəsinin iti olmasını xüsusi qeyd edirlər. Əl-Hümeyd deyərdi:الجلد االول ، ص. ج
Bunu Əbu-Tahir əs-Siləfi də təsdiq edir. Onun məlumatına görə, Əbulğənaim ən-Nərsədən əl-Xətib haqqında soruşarkən demişdi:
İbn Makula Azərbaycanlı ziyalılar haqqında İbn Makula Azərbaycanla yaxından tanış olaraq onun ziyalıları ilə bağlı adam olmuşdur. Onun naxçıvanlı alimlər, o cümlədən Xodadad ibn Asim haqqındakı məlumatı ilk mənbə kimi qiymətlidir. Böyük bioqrafik alim əs-Səmani İbn Makulanın şeyxləri arasında naxçıvanlı Xodadad ibn Asimin də adını çəkir.
İbn Makula "Əl-İkməl" əsərində Əhməd ibn Yusif əl-Ərdəbili əl-Kisəyi haqqında danışarkən özünün Ərdəbildə və Arranda olması barədə məlumat verir. Onun Ərdəbillə bağlı olmasını göstərən digər məlumat isə Əbu Bəkr Əhməd ibn Hüseynəl-Ləccamın ərdəbilli olmasını təsdiq edən faktdır. Ərdəbil şeyxiimam Əhməd ibn Yusif İbn Makulanı əl-Ləccamın ərdəbilli olmasına inandırmışdı.
Gəncədə Əbu Tahir əs-Siləfi İbn Makulanın bu şəhərə səfəri haqqında məlumat almışdı. Gəncədə görüşmüşdü. Əs-Siləfi bu xəbri özünün "Mucəm əl-Səfər" əsərində qeyd etmişdir.
İbn Makula Azərbaycan şəhərlərindən Gəncə və Ərdəbillə yanaşı Urmiyada olması haqqında da oxucusunu məlumatlandırır. Onun bu şəhərlərdə olması haqqındakı məlumatları yalnız İbn Makulanın öz dili ilə dedikləridir. Ola bilsin ki, İbn Makulanın Azərbaycan şəhərlərində olub adını xüsusi olaraq vurğulamadığı şəhərlər də olmuşdur. İbn Makulanın "əl-İkməl" əsəri digər əsərlərindən daha məşhur olmuşdur. Bu əsərin məlumatından əs-Səmani, Yaqut əl Həməvi və digər ərəbdilli müəlliflər istifadə etmişlər.
İbn Makulanın "əl-İkməl" kitabı ilə Vəliyuddin Əbu Abdulla Məhəmməd ibn Abdulla əl-‘Amri ət-Təbrizinin h.VIII əsrin alimlərindən bəhs edən "Əl-İkməl fi əsmə’ir-ricəl" əsəri ilə qarışdırmamalıdır. Bu əsər "Muşkətul-masabih" əsəri ilə birlikdə Peterburqda 1898–1899-cu illərdə rus dilində nəşr olunmuşdur.
Onun qeyd olunan bu əsərindən başqa "Məfəxərat əl qələm və-s-seyf və-d-dinar ("Qələm, qılınc və dinarın özlərini öyməsi"), "Mustəmirrul-avham alə zavi-t-təmənna val-əhləm" ("Xəyalların arzu və istəklər üzərində sürəkliliyi"), "Kitab əl Vüzara" ("Vəzirlər kitabı"), "Kitab fi elmi-hədis" ("Hədis elmi haqqında kitab") adlı kitablar da İbn Makulanın əsərləri sırasında sayılır.
İbn Makula "Əl-İkməl" əsərində əsasən mühəddisləri qələmə almışdır. Bunun da səbəbi dövrlə bağlı hadisədir. İbn Makulanın dövründə bu elm sahəsi ən hörmətli sahələrdən hesab olunurdu. Buna görə də alimlərin çoxu öz ixtisasları ilə bərabər həm də hədislə məşğul olmağı bir növ özlərinə borc bilirdilər. İbn Makula əsərində 55 nəfər azərbaycanlı fəqihin adını çəkir..Bunlardan Bab əl-Əbvab, Gəncə, Ərdəbil, Bərdə, Bərzənd, Naxçıvan, Dəbil, Zəncan, Sərab, Urmiya, Uşnu, Marağa, Miyanə, Qəbələ şəhərindən çıxmış mühəddislər üstünlük təşkil edir. Onlardan bir neçəsi ixtisar olmaqla əsasən həqiqəti söylədikləri göstərilir.
Xilafət dövrü ərəb-müsəlman tarixşünaslığında şəxsiyyətlərin cəmiyyətdəki rolu mövzusu IX əsrdən başlayaraq yeni bir ünsür kimi meydana gəlmişdir. Artıq bu dövrdən başlayaraq ərəb-müsəlman mütəfəkkirlərinin əsərlərində şəxsiyyətlərin tərcümeyi-halı, onların mədəni həyatda oynadıqları rol nəzərə çatdırılaraq xüsusi şəkildə qeyd olunmağa başlayır.