Dəftərdar Sinan Paşa (ö. 1596) — III Murad və III Mehmed səltənətlərində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi, Misir bəylərbəyi.

Həyatı Doğum tarixi və əsli haqqında məlumat yoxdur. Saray dəftərxanasında yetişdikdən sonra Anadolu dəftərdarı olaraq saraydan ayrıldı. 1582-ci ildə Misir dəftərdarı, 2 il sonra isə Misir bəylərbəyi təyin edildi. Ancaq illik Misir xəzinəsinin həmişəkindən az gəlməsi nəticəsində haqqındakı şaiyələr çoxaldı və 1587-ci ilin aprelində vəzifədən alındı. 1590-cı ildə Diyarbəkir, Mərəş, Konya və 1595-ci ildə Sivas bəylərbəyi oldu. Bu vəzifədə ikən 1596-cı ildə vəfat etdi.

Mənbə

Sicill-i Osmani V, səh. 139

Kateqoriya:Misir bəylərbəyləri