Kavalalı ailəsi və ya Məhəmməd Əli sülaləsi (; ) — İlk illər Osmanlı imperiyasının tərkibində, daha sonra isə müstəqil şəkildə 1805–1953-cü illərdə Misir və Sudanda hakimiyyəti əlində saxlayan ailə. 1805–1867-ci illərdə vali, 1867–1914-cü illərdə xədiv, 1914–1922-ci illərdə sultan, 1922–1953-cü illərdə isə kral ünvanıyla bölgəni idarə edən bu türk mənşəli ailənin banisi 1805-ci ildə buraya vali təyin edilən Mehmed Əli Paşadır.

Sülalənin mənşəyi Sülalənin banisi hesab edilən Mehmed Əli Paşa 4 mart 1769-cu ildə Rumeli əyalətinə bağlı Kavalada dünyaya gəldi. Ailənin mənşəyi haqqında fərqli məlumatlar var. Bəzi tarixçilər onun əslən alban olduğunu qeyd etsə də, oğlu İbrahim Paşa tərəfindən yazılan bir sənəddə Mehmed Əlinin atası İbrahim ağa və babası Osman ağanın qan davası səbəbilə Konyadan Kavalaya köç etməsi açıq şəkildə ifadə edilmişdir. Ailənin daha sonrakı hakimiyyət illərində türk dilini mənimsəməsi və Osmanlı-türk irsini davam etdirməsi də onların mənşəyi ilə bağlı yetərli məlumatı verir.

Ailənin nəsil ağacı

Mənbə Baten, Jörg (2016). A History of the Global Economy. From 1500 to the Present. Cambridge University Press. p. 217. ISBN 9781107507180 The Genealogy of the Egyptian Royal family at Genealogical Gleanings "Family tree of the House of Mohammed Aly" Kateqoriya:Müsəlman sülalələr