Milli Səhiyyə Komissiyası () — Çin Xalq Respublikasının Dövlət Şurasının ölkədə səhiyyə siyasətinin inkişaf etdirilməsindən məsul olan kabinet səviyyəsində icra şöbəsi. 19 mart 2018-ci il tarixində təsis edilmişdir. Nazirliyin qərargahı Çinin paytaxtı Pekin şəhərində yerləşir. Komissiyaya Nazirlər Kabineti səviyyəsində Dövlət Şurasının naziri rəhbərlik edir. Ma Syaovey komissiyanın hal-hazırkı naziri və partiya şöbəsinin katibidir. Qurumun sələfi Milli Səhiyyə və Ailə Planlaşdırma Komissiyası idi.

Tarixi 1954-cü ildə başlayan Çin Xalq Respublikası hakimiyyətinin əksər dövründə ölkənin səhiyyəsindən Səhiyyə Nazirliyi məsul idi. 2013-cü ildə bu qurum Milli Səhiyyə və Ailə Planlaşdırma Komissiyası ilə əvəz edilmişdir. 2018-ci ilin mart ayında Çin Xalq Respublikası hökuməti Milli Səhiyyə və Ailə Planlaşdırma Komissiyasının ləğv olunduğunu və funksiyalarının yeni bir qurum olan Milli Səhiyyə Komissiyasına verildiyini açıqlamışdır.

Çin Ümumdünya Səhiyyə Təşkilatının üzvüdür. Nazir Ma Syaovey 92-ci Dünya Səhiyyə Assambleyasında 1978-ci ildən bəri Çinin əsas səhiyyə xidmətinin təkmilləşdirilməsinə, sakinlər üçün universal bir sosial təhlükəsizlik şəbəkəsinin inkişaf etdirilməsinə və ilkin tibbi yardımın keyfiyyətinin, səmərəliliyinin və istifadəsinin yaxşılaşdırılmasına diqqət yetirdiyini söyləmişdir.

Komissiya materik Çinində COVID-19 pandemiyasına qarşı ümumölkə səyləri koordinasiya edən aparıcı qurumdur.

Nazirlərin siyahısı + Nazirlər # Ad Başlama Bitmə Qeydlər 1 Ma Syaovey 19 mart 2018 Hal-hazırda

İstinadlar

Kateqoriya:Çinin dövlət quruluşu Kateqoriya:2018-ci ildə yarananlar