Polonezköy Təbiət Parkı () ― Türkiyənin İstanbul ilindəki Polonezköy kəndində yerləşən təbiət parkı.
Polonezköy kəndi İstanbul ilinin Beykoz ilçəsində yerləşir. Ərazi 1994-cü ildə Ətraf və Meşə Nazirliyi tərəfindən təbiət parkı elan edilmişdir. Park 3 004 hektar ərazini əhatə edir. Bura İstanbul ilinin ilk və ərazi baxımından ən böyük təbiət parkıdır. Qorunan ərazi uğursuz Noyabr qiyamından sonra 1842-ci ildə Polşa mühacirləri tərəfindən məskunlaşılan Polonezköy kəndinin adını daşıyır. Yaşayış məntəqəsi əvvəlcə Adam Yeji Çartorıyskinin şərəfinə "Adamköy" və ya "Adampol" olaraq adlandırılmış, lakin daha sonra "Polonez Karyesi" olaraq dəyişdirilmişdir. Kənd mövcud rəsmi adını 1923-cü ildə almışdır.
Təbiət parkı piknik, düşərgə, gəzinti və orientirinq kimi açıq hava fəaliyyətləri təklif edir. Parkda bir neçə restoran mövcuddur. Yaşayış kənddəki pansionatlarda və otellərdə mümkündür.
Ekosistem
Flora Təbiət parkı çox zəngin bitki örtüyünə malikdir. Ərazidəki bitkilərə qara şam (), türk şamı (), adi şam (), yay palıdı (), Quercus petraea, Avstriya palıdı (), Quercus frainetto, adi atşabalıdı (), əkin şabalıdı (), adi küknar (), Şərq çinarı (), həmişəyaşıl sərv (), Carpinus betulus, nahamar qarağacaq (), qızılağac (), Şərq fıstığı (), tüklü cökə (), tuya (), mərəvcə (), nəcib dəfnə (), irimeyvə çiyələkağacı (), Laurocerasus officinalis, Cotoneaster horizontalis, birdişicikli yemişan (), qırmızı pirakanta (), Erica arborea və adi başınağacı () daxildir.
Fauna Təbiət parkında qırqovul və maral təsərrüfatı var. Mühafizə olunan ərazidə müşahidə edilən vəhşi heyvanlar nəcib maral, cüyür, çöldonuzu, çaqqal, sincab, dələ, gəlincik kimi məməlilər və qırqovul, kəklik, şahin, sar, qızılquş, qara qaratoyuq, alabaxta, bayquş və sərçə kimi quşlardır.
İstinadlar
Kateqoriya:1994-cü ildə yaradılmış qoruq əraziləri Kateqoriya:Türkiyədəki təbiət parkları