İstiqlal (İST-14,5 Anti-Materiel Rifle) — Azərbaycan istehsalı olub, əllə doldurulan və uzununa çəkilən çaxmaqlı sxem əsasında hazırlanmış irikalibrli snayper tüfəngi. Uzaq məsafədən hədəfi dəqiqliklə vurma qabiliyyətinə malikdir. Bu silahın əsas təyinatı düşmənin texniki və material vasitələrinin orta və uzaq məsafədən vurulmasıdır.

Tarixi 2008-ci ilin noyabr ayında Pakistanın Karaçi şəhərində keçirilən "İDEAS-2008" hərbi sərgisində nümayiş etdirilən "İstiqlal" sərgiyə qatılan bəzi dövlətlərin, o cümlədən Pakistan Silahlı Qüvvələrinin nümayəndələrinin marağına səbəb olub.Türkiyə Azərbaycanın snayper tüfənginə maraq göstərir Şərq qəzeti

"İstiqlal" snayper tüfəngi Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin (MSN) İstanbulda keçirilən IX Beynəlxalq Müdafiə Sərgisində (İDEF) nümayiş etdirilib. Məlumatlara görə, Azərbaycanın stendində diqqəti daha çox İST-14,5 Anti-Material Rifle (İstiqlal) adlı snayper tüfəngi çəkib.Azərbaycanın istehsal etdiyi "İstiqlal" snayperinə dünyada maraq artır - FOTOSESSİYA APA, 29.04.2009

Türkiyənin bu snayper tüfənginə marağı böyükdür. Türkiyə Milli Müdafiə Nazirliyinin növbəti illərdən «İstiqlal»ın Türkiyə Silahlı Qüvvələrinin inventarına daxil ediləcəyini planlaşdırıb«İstiqlal» snayperi xarici hərbçilərin marağına səbəb olub milaz.info, 04.05.2009

Hazırda "İstiqlal" snayper tüfənginin yeni versiyası hazırlanır "Istiqlal"_snayperinin_yeni__165572.html. Azərbaycanın "İstiqlal" snayperinin yeni versiyası hazırlanır, APA, 08.10.2009

Taktiki-texniki xüsusiyyətləri Yerli mütəxəssislər tərəfindən hazırlanan "İstiqlal" snayperi MDB və NATO ölkələrində istehsal olunan analoqlarını öz göstəricilərinə görə geridə qoyur.

Çəkisi 54 kiloqram olan bu snayper tüfəng çox ağır olmasına baxmayaraq, dəzgah üzərində tətbiq olunur.

Bu silahın optik nişangahı özəlliyi ilə analoqlarından fərqlənir. Hədəfi məhv etmə məsafəsi 3 min metr olan "İstiqlal" -50 və + 50 dərəcə temperaturlarda belə rahat istifadə oluna bilir. Darağın tutumu 5 patron və dolu darağın çəkisi 2kq-dır. 2 min metr məsafədə dəqiq vuruş və beton hasarı dəlib keçmə qabiliyyətinə malikdir. Həmçinin zireh deşən və yandıran patronları da bu tüfəng üçün nəzərdə tutulmuşdur. Kalibri 14.5 mm dir. Yağmur, palçıq, qar və toz təsirinə davamlı snayper tüfəngini iki hissəyə ayırmaqla çantada daşımaq mümkündür.

İstifadə edən ölkələr thumb

İstinadlar

Həmçinin bax Yalquzaq (snayper tüfəngi) Mübariz (snayper tüfəngi)

Kateqoriya:Azərbaycan silahları Kateqoriya:Azərbaycan snayper tüfəngləri Kateqoriya:Azərbaycan ixtiraları