Monogenizm (mono... + — cins, mənşə) — antropologiyada insanların mənşə birliyi və insan irqlərinin bir-biri ilə qan qohumluğu haqqında təlim. Monogenizmə əsasən müasir insanın bir növü (homo sapiens) var; insan irqləri isə Yer kürəsinin müxtəlif coğrafi zonalarında müasir insan növünün məskunlaşması nəticəsində əmələ gələn növdaxili qruplardır. Monogenizm bir çox antropoloji faktlarla sübut edilir; əsas fakt budur ki, bütün insan irqlərinin təmasda olan zonalarında metis qruplar əmələ gəlir və çoxalmağa qabil nəsil verir.
İstinadlar
Kateqoriya:İnsan təkamülü Kateqoriya:Həyatın mənşəyi Kateqoriya:İrqçilik Kateqoriya:Fəlsəfi nəzəriyyələr