Neftqaz futbol klubu Sovet dönəmində Bakı şəhərində yaranmış keçmiş tarixə sahib futbol klubu olmuşdur. Klub müstəqillik illərində uşaq futbolunun inkişafında xüsusi yer tutmuş və bir çox peşəkar azərbaycanlı futbolçuların yetişdirilməsinə xidmət etmişdir.

Tarix: Neftqaz FK 90-cı illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin nəzdində fəaliyyət göstərən Neftçi İdman-Sağlamlıq Mərkəzinin tabeliyində fəaliyyət göstərən futbol klubu olmuşdur. Əsas fəaliyyəti uşaq futbolunun inkişafı olan futbol klubunun nəzdində Neftçi İdman-Sağlamlıq Mərkəzinin fəaliyyət göstərdiyi müxtəlif rayon və şəhərlər üzrə müxtəlif yaş qruplarında uşaq futbol komandaları fəaliyyət göstərmiş və bu komandalar arasında Neftqaz FK-nın daxili futbol çempionatı keçirilmişdir. Klub bir neçə dəfə ölkə çempionatının müxtəlif liqalarında çıxış etmişdir. Klub İsmət Qayıbov adına stadionda fəaliyyət göstərmişdir. Klub uzun illər Tofiq İsmayılov adına Suraxanı stadionunda ev oyunlarını keçirmişdir. Klub 2005-ci ildən etibarən aktiv fəaliyyət göstərməmiş. 2005-ci ildən etibarən Neftçi İSM-in digər futbol klubları olan Neftçi İSM və Qaradağ Lökbatan Neftqaz FK-nın varisi olaraq fəaliyyətlərini davam etdirmişlər.

Yarışlar:

1998-1999-cu il Azərbaycan Yüksək Liqası. 14-cü yer. 1999-2000 və 2000-2001-ci illər Azərbaycan Çempionatının Həvəskarlar Liqası. 2001-2002-ci il Azərbaycan Birinci Divizionu. 7-ci yer 1998-1999 və 2001-2002-ci il Futbol üzrə Azərbaycan Kuboku yarışları.

Tanınmış yetirmələr:

Kamal Bayramov Elvin Əliyev Rauf Cabarov Əliyar Ağayev

Rəhbərlik:

1992-2000. Neftçi İdman-Sağlamlıq Mərkəzinin sədri Rafiq Bünyatov, Neftqaz FK-nın prezidenti Rafiq Bünyatov 2000-2004, Neftçi İdman-Sağlamlıq Mərkəzinin sədri Rauf Əliyev, Neftqaz FK-nın prezidenti Gülağa Cabarov 2005-2018, Neftçi İdman-Sağlamlıq Mərkəzinin sədri Sadıq Sadıqov

Mənbə:

https://web.archive.org/web/20120809153900/http://www.pfl.az/upload/arxiv/200102/divizion200102.pdf https://web.archive.org/web/20160818204237/http://www.pfl.az/files/0cup11.pdf http://neftchi.org/klub/44-tarix.html

Həmçinin bax:

Azərbaycan Premyer Liqası Azərbaycan Birinci Liqası Azərbaycan Çempionatının Həvəskarlar Liqası Azərbaycan Kuboku Gülağa Cabbarov Azərsun Arena

İstinadlar:

Kateqoriya:Bakı futbol klubları