Oxayy — eyniadlı Azərbaycan nağılında cadugər qəhrəman. Qazaxın Köçəsgər kəndindən toplanmış versiyasında cadugər Axvay, erməni versiyasında Oxik (), abxaz versiyasında Xaytın adlanır.
Nağılın Azərbaycan versiyasında Oxayy
Xüsusiyyətləri Oxayy nağılda saçı ağarmış, bığları çiyninə, saqqalı dizinə çatmış vəziyyətdə təsvir edilir. O, yanına götürdüyü şagirdlərə bir il cadu-sehr öyrətdikdən sonra onları öldürür. Heç bir şey öyrənə bilməyənləri qovur. Çünki onlar Oxayyın sirlərini başqalarına verə bilməzlər.SMOMPK: Azərbaycan folkloru materialları, 1-ci cild, 2018. səh 132–134. Nağılın Qazax versiyasında Axvay sehrbazlığı öyrədib qurtarana qədər şagirdlərini evində işlədirdi, onları öldürdükdən sonra isə meyidlərini damda saxlayırdı.Azərbaycan nağılları, I cild, 2005. səh. 63–66
Oxayy su altında yaşayır və o biri dünyanın təmsilçisidir. Yaşadığı qəsrin dörd bir tərəfi insan qanından dənizlərlə əhatə edilmişdir. Qəsrinin həyəti heyvan cildində insanlarla doludur. Qəsr əslində dibi dənizdə, başı göyün yeddinci qatında olan, insan kəlləsindən hörülmüş divarlarla əhatəli ölülər səltənətidir.Türk Mitolojisi Ansiklopedik Sözlük, Celal Beydili, 2003, Yurt Yayınevi (türk.).
Oxayyın cadu-sehr dərslərinə insan (sövdəgər, dərviş), heyvan (qırqovul, ceyran, qatır, ata, dəvə, şahin) və bitki (qızılgül çiçəyi) cildinə girmə daxildir. Heyvan cildləri yaralı və axsaq da ola bilər, padşahlarda və Məkkədə tapılmayacaq qədər mükəmməl vəziyyətdə də ola bilər. Cildə girilən zaman bir neçə hissəyə parçalananda (darılar, cücələr, ləçəklər) bütün hissələr məhv edilmədən sehri icra edən şəxs ölmür.SMOMPK: Azərbaycan folkloru materialları, 1-ci cild, 2018. səh 135–138.
Bioqrafiyası
SMOMPK. Tatar (azərbaycanlı) nağıllarında
Gülməmməd atası ilə səyahət edəndə bir bulağa rast gəlir. Atası bulaqdan su içdikdən sonra "oxayy" deyir və birdən suyun içindən Oxayy adında bir qoca kişi çıxır. Gülməmmədin atası oğlunu birilliyinə Oxayyın yanına oğulluğa verir. Sehrbaz Gülməmmədi bulağın içindən yerin altındakı evinə aparır. Oxayyın qızı Gülməmmədə aşiq olur və onu qorumaq üçün Oxayyın cadu-sehr dərslərində bacarıqsız şagird kimi davranmasını istəyir. Gülməmməd Oxayyın təlimlərini və gizli sirlərini öyrənir, ancaq bacarıqlarını müəlliminə göstərmədiyi üçün bir il sonra atasının yanına göndərilir.SMOMPK: Azərbaycan folkloru materialları, 1-ci cild, 2018. səh 132–134.
Gülməmməd pul qazanmaq üçün heyvan cidlərinə girərək atasının onu dəfələrlə satmasına nail olur və daha sonra sahiblərinin əlindən qaçır. Ancaq sövdəgər cildinə girmiş Oxayy dəvə cildindəki Gülməmmədi yüyəni ilə birlikdə satın alıb, bulağına aparır. Oxayyın qızı atası Gülməmmədi öldürməsin deyə azad edir. Gülməmməd qırqovul şəklinə düşür, Oxayy isə şahin cildində yeddi gün onu izləyir. Gülməmməd padşah sarayında qızılgül kimi gizləndikdə Oxayy dərviş cildində qəsidə oxuyub, mükafat olaraq qızılgülləri alır. Gülmməd darıya çevriləndə Oxayy toyuq və cücələrə çevrilir. Ancaq toyuq və cücələr bütün darıları yemədiyindən son darı çaqqala çevrilib, toyuq və cücələri yeyir.SMOMPK: Azərbaycan folkloru materialları, 1-ci cild, 2018. səh 135–138.
Nağılın Qazax versiyasında Xanoğlan atası ilə səyahət edəndə bir çeşmənin yanında "axvay" edir. Çeşmənin yanında, zirzəmidə yaşayan Axvay bunu eşidib Xanoğlanı üç il şagirdi etmək üçün razılaşır. Üç il ərzində Axvaydan sehr öyrənən Xanoğlan özünü bacarıqsız göstərib azad olur. Ancaq sonra Xanoğlan özünü dəvə cildində satdırdığı zaman çodar (mal-qara alveri ilə məşğul olan adam) sürətindəki Axvayın əlinə düşür.Azərbaycan nağılları, I cild, 2005. səh. 63–66
Xanoğlan Oxayyın qızı Süsənin köməkliyi ilə Axvaydan qurtulur. İkisi müxtəlif cildlərə girərək bir-birlərini qovalayırlar. Axırda tülkü şəklindəki Xanoğlan toyuq və cücələr şəklindəki Axvayı yeyir.Azərbaycan nağılları, I cild, 2005. səh. 67–68
Mədəniyyətdə istifadəsi 1991-ci ildə Azərbaycan Dövlət Kukla Teatrında Namiq Ağayevin "Oxay və Əhməd" tamaşası səhnələşdirilmişdir. Arif Hüseynovun "Azərbaycan nağılları" seriyasındakı rəsmlərdən biri Oxayy və sehrbaz şagirdi Əhmədə həsr edilmişdir.
İstinadlar
İlkin mənbələr
İkinci dərəcəli mənbələr
Ədəbiyyat SMOMPK: Azərbaycan folkloru materialları, 1-ci cild. Bakı, Elm və təhsil, 2018, −232 səh. Azərbaycan nağılları. Beş cilddə. I cild. Bakı, Şərq-Qərb, 2005, 360 səh.
Kateqoriya:Azərbaycan nağılları Kateqoriya:Erməni ədəbiyyatı Kateqoriya:Abxaziya mədəniyyəti