Hasi-Bəhbəh () — Əlcəzairin şimalında, Cəlfa vilayətinin ərazisində şəhər. Eyniadlı dairənin inzibati mərkəzidir.

Coğrafi mövqe Şəhər vilayətin şimal hissəsində, Atlas dağlıq ərazisində, dəniz səviyyəsindən 900 metr yüksəklikdə yerləşir.

Hasi-Bəhbəh ölkənin paytaxtı Əlcəzairdən təxminən 185 kilometr cənubda yerləşir.

Əhalisi 2008-ci ilin siyahıyaalınmasına əsasən, əhalinin sayı 86,421 nəfər idi. İllər üzrə şəhər əhalisinin dinamikası:

+ 1977 1987 1998 2008 2012 12,322 34,176 61,265 86,421 104,168

Nəqliyyat Transsəhra magistralı şəhərdən keçir. Ən yaxın mülki hava limanı Bu-Sadə şəhərində yerləşir.

İstinadlar

Kateqoriya:Əlcəzair şəhərləri