Tretman – ssenarini başdan-sona mühüm detallara ümumiləşdirib oxuyucuya çatdıran yazı. Tretman sinopsisdən daha uzun, ssenaridən daha qısa olmaqla sinopsisdən sonrakı, ssenaridən əvvəlki mərhələ hesab olunur. O, 40-50 səhifə, bəzən az və ya çox ola bilərSSenari yaradıcılığının əsas istiqamətləri (tərtibçi və tərcüməçi – Gülşən Qafarova), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, 2016. Tretmanda ssenaridən fərqli olaraq sinopsis kimi dialoqlara yer verilmir. Tretman film sənayesində çox önəmli hesab olunur və ideanın satılması yollarından biridir.

Tretmanda qeyd olunmalı məsələlər

Zaman, məkan və mühitin xüsusiyyətləri Personajların daxili və xarici xüsusiyyətləri

Etimologiyası Tretman fransızcakı traitement sözündəndir. Hərfi mənası proses, müalicə deməkdir.

İstinadlar

Həmçinin bax

Ssenari Sinopsis Loqlayn

Kateqoriya:Film və video terminləri Kateqoriya:Ssenari Kateqoriya:Film texnikaları Kateqoriya:İngilis dilində ifadələr