Seyidqışlaq — Azərbaycan Respublikasının Qəbələ rayonunun Seyidqışlaq kənd inzibati ərazi dairəsində kənd. 29 noyabr 2002-ci il tarixli 384-IIQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Qəbələ rayonunun Seyidqışlaq kəndi Bunud kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Seyidqışlaq kənd inzibati ərazi dairəsi yaradılmışdır.

Toponimikası Kəndin ərazisi Vəndam kəndinə məxsus qışlaq olmuşdur. Sonralar həmin kənddən çıxan ailələr Seyidqışlaq adlanan bu qışlaqda məskunlaşmışlar. Oykonim "Seyidin qışlağı" mənasındadır.

Seyidqışlaq şəxs adlarını bildirən toponimlərdən hesab edilir və ilk dəfə yaşayış yerini binə edən insanın adını daşıyır. Vəndamda Seyidə məxsus qışlaq yerində yaranmış kənddir.Şəlalə Məhyəddinqızı, "Qəbələ Qafqazın incisi", Bakı, "Oğuz Eli", 2009.

Coğrafiyası və iqlimi Kənd Baş Qafqaz silsiləsinin ətəyində yerləşir.

Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 522 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629

İqtisadiyyatı Kənd əhalisinin əsas məşğuliyyətini heyvandarlıq, taxılçılıq və bağçılıq təşkil edir.

Təhsil Kənddə ümumi orta məktəb mövcuddur.

İstinadlar

Həmçinin bax

Kateqoriya:Qəbələ rayonunun kəndləri