Mamaylı — Azərbaycan Respublikasının Qəbələ rayonunun Mamaylı kənd inzibati ərazi dairəsində kənd. 29 noyabr 2002-ci il tarixli 384-IIQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Qəbələ rayonunun Mamaylı kəndi Hacıalılı kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Mamaylı kənd inzibati ərazi dairəsi yaradılmışdır.

Toponimikası Bəzi tədqiqatlara əsasən, kənd mamaylı nəslinin məskunlaşması nəticəsində yaranmışdır. Nəslin adı isə Mamay şəxs adından və -lı mənsubiyyət şəkilçisindən ibarət olub, "Mamayın nəsli, mamaygillər" mənasındadır. Digər tədqiqatlara əsasən, Mamay XIV əsrdə yaşamış tatar xanının adıdır. Azərbaycanın və eləcə də digər dövlətlərin toponimikasında işlək olan mamay komponenti Qusar rayonunda Mamaytəpə, Ukraynanın Zaporojye vilayətində Mamayka çayı, Rusiyanın Volqoqrad vilayətində Mamay kurqan, Dağıstanda Mamayqutan kəndi və s. monqol mənşəli layın göstəricisidir.

Tarixi Rəvayətə görə monqol xanı olan Mamay xanın ərazidə beş-altı gün məskən salması ilə el arasında həmin yer Mamaylı adlandırılıb. Sonralar camaat təzə binə qurduğu yeri nişan verəndə "Mamay xanın dincəldiyi yer" deyərmişlər.Şəlalə Məhyəddinqızı. Qəbələ Qafqazın incisi. Bakı: Oğuz Eli, 2009.

Coğrafiyası və iqlimi Kənd Düzyengicə düzənliyində yerləşir.

Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 671 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629

İqtisadiyyatı Kənd əhalisinin əsas məşğuliyyətini taxılçılıq və heyvandarlıq təşkil edir. Kənddə 168 təsərüffat var. Yararlı torpaq sahəsi 800 hektardır. 2004-cü ilin axırlarından kəndə mavi yanacaq verilir. Magistral xəttə çıxan 3 km. yol təmir edilib.

Mədəniyyəti Kənddə kitabxana və kinoklub mövcuddur.

Təhsil Kənddə Ehtiram Səmədov adına orta məktəb fəaliyyət göstərir.

İstinadlar

Həmçinin bax

Kateqoriya:Qəbələ rayonunun kəndləri