Daşca — Azərbaycan Respublikasının Qəbələ rayonunun Daşca kənd inzibati ərazi dairəsində kənd.
Tarixi Daşca adı bəzi məlumatlara görə bu oykonim öz adını dağ çayının gətirdiyi xırda daş və çınqıllardan almışdır. Ərazinin 30–40 sm dərinliyindəki torpaq qatı xırda daşlıqla örtülüdür. Daşlıca “daşlı yer” deməkdir.Şəlalə Məhyəddinqızı, "Qəbələ Qafqazın incisi", Bakı, "Oğuz Eli", 2009.
Coğrafiyası Meyvə bağları, tərəvəz sahələri əhalinin məşğuliyyətidir. Mal-qara saxlayan sakinlər taxıl əkininə də üstünlük verirlər. Heydər Əliyev fondunun vəsaiti hesabına kənddə müasir standartlara uyğun orta məktəb binasının tikilməsi uşaqların yüksək səviyyədə təhsilinə real imkan yaradıb.
Toponimikası Qaraqobu çayı sahilində, dağətəyi ərazidədir. Çox vaxt Daşca variantında işlənir. Kəndin ərazisi xırda daş və çınqıldan ibarət olduğu üçün belə adlandırılmışdır.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 829 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
Həmçinin bax Qəbələ rayonu
Xarici keçidlər İnzibati Ərazi Vahidləri
İstinadlar
Kateqoriya:Qəbələ rayonunun kəndləri