Almaz — rejissorlar Ağarza Quliyev və Qriqori BraginskiKazımzadə, A. "Almaz" – 75: Kino tariximizdən: [Böyük dramaturq Cəfər Cabbarlının ssenarisi əsasında] //Mədəniyyət.- 2011.- 20 aprel.- S. 10; 22 aprel.- S. 10. tərəfindən 1936-cı ildə ekranlaşdırılmış tammetrajlı bədii film. Film Azərbaycan kinostudiyasında istehsal edilmişdir. Kinopovestdə kəndə işləməyə gələn gənc müəllimə Almaz burada quruluşun inkişafı və möhkəmləndirilməsi yolunda qarşıya çıxan əngəllər və çətinliklərlə qarşılaşır. Filmdə əsas rolları İzzət Oruczadə, Hökümə Qurbanova, Xeyri Əmirzadə, Əlisəttar Məlikov, Ələkbər Hüseynzadə və İsmayıl Hidayətzadə ifa edirlər. Bu film Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Azərbaycan Respublikasında dövlət varidatı elan edilən filmlərin siyahısına daxil edilmişdir.
Məzmun 1930-cu il. Azərbaycanın uzaq dağ kəndi. Bu kəndə işləməyə gələn gənc müəllimə Almaz (İzzət Oruczadə) burada quruluşun inkişafı və möhkəmləndirilməsi yolunda qarşıya çıxan əngəllər və çətinliklərlə qarşılaşır. Kənddə eyni zamanda kollektivləşmə ilə əlaqədar sinfi mübarizə gedir. Belə bir təzadlı və çətin vaxtda kənddə fəaliyyətə başlayan, bir sıra mürəkkəb məsələlərlə üz-üzə qalan gənc müəllimənin keşməkeşli həyat yolu filmin əsas süjet xəttini təşkil edir.Aydın Kazımzadə. Azərbaycan kinosu — 1 (filmlərin izahlı kataloqu (1898-2002)). Bakı: 2003, səh.32.
Film haqqında Bu filmə Cəfər Cabbarlı özü quruluş verməli idi. O, hətta filmin çəkilişi ilə bağlı bütün hazırlıq işlərini də görüb başa çatdırmışdı. Lakin qəfləti ölüm onun bu işini yarımçıq qoydu.
"Almaz" Azərbaycan kinosunun sonuncu səssiz filmi oldu. Burada aktyorlar danışmırlar. Dialoqlar yazılar vasitəsilə verilmişdir. Filmdə hadisələri yalnız musiqi müşayiət edir.
Filmin heyəti
Film üzərində işləyənlər Rejissor: Ağarza Quliyev, Qriqori Braginski Əsər müəllifi: Cəfər Cabbarlı Ssenari müəllifi: Cəfər Cabbarlı Operator: İvan Frolov, Əsgər İsmayılov Rəssam: Viktor Aden Bəstəkar: Niyazi, Zülfüqar Hacıbəyov
Rollarda İzzət Orucova — Almaz Hökümə Ələkbərova — Yaxşı Xeyri Əmirzadə — Kərim Əlisəttar Məlikov — Barat Ələkbər Hüseynzadə — Hacı Əhməd İsmayıl Hidayətzadə — kənd sovetinin katibi ŞərifC.Cabbarlı haqqında xatirələr. Bakı: Azərbaycan Uşaq və Gənclər Nəşriyyatı, Bakı: 1960, səh.145. Panfiliya Tanailidi — Fatmanisə Əli Qurbanov — Avtil Əzizə Məmmədova — Telli Mirzəağa Əliyev — məktəb direktoru Səməndər Ələsgər Ələkbərov — Fuad Əhməd Qəmərlinski — kənd sovetinin sədri Balaoğlan Rza Təhmasib — həkim Zeynəb Kazımova — komissiya üzvü
İstinadlar
Mənbə Mikayıl Mikayılov. "O bizimlədir" //Ədəbiyyat.- 1935.- 2 yanvar. Azərbaycan Elmlər Akademiyasının Əlyazmalar İnstitutu. Cəfər Cabbarlı. "Almas" ssenarisinin yazılma səbəbləri. Arx. 20, Q. 26 (796). Şəmsəddin Abbasov. "Sovet Azərbaycanının kinosu" //Kommunist.- 1958.- 29 avqust. M. Mərdanov, N. Sadıxov. Azərbaycan teatr aktyorları kinoda. Bakı: Azərbaycan Teatr Cəmiyyəti, 1966.- səh. 69. "Almaz", "İsmət", "Gilan qızı"... yenidən ekranda. //Kino yenilikləri.- 1970.- 21-30-dək. Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 12. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 16; 222. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 31-36; 242; 254. Aydın Kazımzadə. İki qadın, bir tale. Discovery Azerbaijan elmi-kütləvi turizm jurnalı; № 14 sentyabr-oktyabr. Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 813.
Kateqoriya:1936-cı ilin Azərbaycan filmləri Kateqoriya:Tammetrajlı bədii filmlər Kateqoriya:1936-cı ilin dram filmləri Kateqoriya:Səssiz filmlər Kateqoriya:Ədəbi əsərlərin ekranlaşdırılması Kateqoriya:"Azərbaycanfilm" filmləri Kateqoriya:SSRİ-nin ağ-qara filmləri Kateqoriya:SSRİ-nin dram filmləri