Hidayət Ağanəcəf oğlu Əzimov () — Azərbaycan Respublikasının Müdafiə Sənayesi nazirinin müavini.
Həyatı Hidayət Əzimov 1985-ci ildə Bakıda anadan olub. 2001–2005-ci illərdə Bakı Dövlət Universitetində Hüquqşünaslıq ixtisası üzrə təhsil alıb. 2005–2007-ci illərdə magistr dərəcəsi əldə edib.
Ailəlidir. 2 övladı var.
Fəaliyyəti 2006–2007-ci illərdə yerli hüquq şirkətlərinin birində hüquqşünas vəzifəsində fəaliyyət göstərib. 2007–2018-ci illərdə "Atəşgah" Sığorta Şirkətində hüquqşünas, şöbə müdiri və İdarə Heyəti sədrinin müavini vəzifələrində çalışıb. 2018–2022-ci illərdə ölkədə fəaliyyət göstərən "Ernst & Young CIS B. V" beynəlxalq audit və konsaltinq şirkətində hüquq xidmətlərinin rəhbəri vəzifəsində çalışıb.
2022-ci il martın 5-də Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyin olunub.
2024-cü il yanvarın 11-də Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikası müdafiə sənayesi nazirinin müavini vəzifəsinə təyin olunub.
2018-ci ildən etibarən Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvüdür.
İstinadlar