Şahmat terminlərinin lüğəti — Şahmat ədəbiyyatında tez-tez rast gəlinən əsas şahmat anlayışları və terminləri verilir.

A Axmaq matı — şahmatda ən tez mümkün olan mat növü. Alexin müdafiəsi — şahmatda debüt, 1. e2-e4 Ag8-f6. gedişləri ilə başlayır. Armaqedon Avanpost

B Batareya (şahmat)

C Cinah — Şahmat taxtasının bir hissəsi sol cinah ağlar üçün vəzir, qaralar üçn isə şah cinahı adlandırılır.

Ç Çevrilən piyada — Sonuncu xanaya çataraq şahdan başqa istənilən fiqura çevrilən piyadaya deyilir. Çəngəl — Piyadanın və ya atın eyni vaxtda iki fiqura və ya piyadaya hücumu.

D Daimi şah — "Şah"ların ardıcıl seriyasıdır ki, şah özünə sığınacaq tapa bilmir. Dəyirman — Topun və filin iştirakı ilə açıq silsilə şahlar elan edən kombinasiyanın adı. Dəyişmə — Bir-birinə bərabər olan fiqurların dəyişməsi gedişidir. Düzgün olmayan başlanğıc — Bir sıra az işlənən və nəzəriyyəcə zəif işlədilmiş başlanğıcların (1.d3-Andersson debütü; 1.e3-van Kruysa debütü; 1.c3-Saraqossa başlanğıcı; 1.d3-Mizes başlanğıcı) və adsız başlanğıcların (1.b3, 1. Ac3, 1.g4, 1. Ah3 və s.) ümumi adı.

E Endşpil — Şahmat oyununun sonluq hissəsi belə adlanır. Başlıca xüsusiyyəti odur ki, taxta üzərində fiqurlar az olur.

F Fiqurların qarşılıqlı əlaqəsi — Şahmat mübarizəsinin mühüm strateji prinsipi olaraq vahid plana tabe olan fiqurların dəyişdirilməsidir.

G Götürmə — Taxta üzərindən rəqibin fiqurunu və ya piyadasını çıxarmaq. Bu zaman oyunçu fiqurunu və ya piyadanı rəqibin fiqurunun və ya piyadasının tutduğu xanaya qoyur.

H Həmlə — Konkret məqsədə nail olmaq üçün bir və ya bir neçə gediş həmlə adlanır.

İ İki at müdafiəsi — İtalyan şahmatçısı və nəzəriyyəçisi D. Polerianın əlyazmalarında təsadüf olunur. İkiqat şah — Eyni vaxtda iki fiqurun şaha təhlükə törətməsi.

Q Qədim hind başlanğıcı (Benko debütü, Macarıstan görüşü) — Bu debütü ilk dəfə olaraq XIX əsrdə tətbiq edən Hindistan şahmatçılarının şərəfinə adlandırılmışdır. Qədim hind müdafiəsi — Bu debüt qədimdən məlumdur və K. Yanişin əsərlərində xatırlanır.

O Oppozisiya — Bu, şahların elə bir yerləşməsidir ki, şaquli, üfüqi, yaxud diaqonal xətlər üzrə onların arasındakı xanaların sayı tək olsun.

P Pirs-Ufimsev müdafiəsi — Yuqoslaviya qrossmeyestri və sovet ustasının şərəfinə adlandırılmışdır. Ponsiani debütü — İlk dəfə XVIII əsrdə italyan nəzəriyyəçisi tətbiq etmişdir.

R Reti debütü — Nəzəri cəhətdən yaradan və onu sistematik olaraq praktikasında tətbiq edən çex qrosmeysterinin şərəfinə adlandırılmışdır.

Ş Şimal qambiti — İlk dəfə olaraq 1867-ci ildə danimarkalı usta Martin From və isveç şahmatçısı Hans Linden tərəfindən praktikaya tətbiq edilmişdir.

T Təcrid olunmuş piyada — Mürəkkəb şaquli xətlərdə öz piyadası olmayan piyada.

V Vyana görüşü — XIX əsrdə Qampenin başçılığı altında bir qrup Vyana şahmatçısı tərəfindən işlənmişdir.

İstinadlar

Ədəbiyyat

Kateqoriya:Şahmat Kateqoriya:Stolüstü oyun avadanlıqları və terminləri Kateqoriya:İdman terminləri