Askaniya-Nova () — Ukraynanın Xerson vilayətində yerləşən biosfer qoruğu. Qoruq nin adını daşıyır. Askaniya-Nova eyni adlı Askaniy-Nova qəsəbəsinin yaxınlığında, Kaxovka şəhərindən 60 km cənub-şərqdə yerləşir. Askaniya-Nova qoruğu (hərfi tərcüməsi Yeni Askaniya) 1828-ci ildə hersoq tərəfindən yaradılmışdır.
Biosfer qoruğunun ərazisi Rusiya-Ukrayna müharibəsi nəticəsində işğal olunmuş, 2023-cü ilin martından, ndan sonra isə əraziyə tam nəzarəti rus hərbiçiləri həyata keçirir.
Ümumi məlumat Sahəsi 33 307, 6 hektar olan qoruğun 11 054 hektarı çöl zonasına aiddir. Bu zonada əsasən Qırtıckimilər fəsiləsinin bir çox nümayəndələri üstünlük təşkil edir (təxminən 75 %). Çöl zonasında buğumayaqlıların 1155, suda-quruda yaşayanlarla, sürünənlərin 7, məməlilərin isə 18 növü qeydə alınmışdır. İlin müxtəlif vaxtlarında qoruq ərazisindən 270 növ quş dayanacaq kimi istifadə edir, onlardan 110 növü isə yuva qurmaq üçün dayanır.
Bölgədə ali bitkilərin 478 növünə rast gəlinir ki, onlardan 13 növ Ukraynanın qırmızı kitabına daxil edilib.
Askaniya-Nova biosfer qoruğunda ölçüsü 4x6 km olan depressiya relyef forması - pod mövcuddur. Bu ərazi yazın sonunda qar sularının toplanması nəticəsində su hövzəsinə çevrilir. Ərazi Ramsar konvensiyasının siyahısına salınmışdır. Bu bataqlıq-su hövzəsində çiçəkli bitkilərin 568 növünə rast gəlinir. Bunlardan 53 növ endemik hesab olunur.
Aksaniya-Nova biosfer qoruğu 2008-ci ildə Ukraynada keçirilən "Ukraynanın 7 təbiət möcüzəsi" aksiyasının qalibi seçilmişdir.
2009-cu ildə isə qoruq Ukraynanı Təbiətin yeddi yeni möcüzəsi (New 7 Wonders of Nature) yarışmasında təmsil etmişdir.
Xarici keçidlər
Официальный сайт заповедника Аскания-Нова Неофициальный сайт заповедника Аскания-Нова История, фотографии и достопримечательности заповедника Аскания-Нова Фотографии Биосферного заповедника «Аскания-Нова» Музей-квартира П. К. Козлова
İstinadlar
Kateqoriya:Ukrayna qoruqları