Nigar Mirzəliyeva () — Azərbaycanlı peşəkar qadın futbolçu. "Hamburq SV" və Azərbaycanın qadınlardan ibarət milli yığmasının müdafiəçisi

İlkin illəri Nigar Mirzəliyeva 28 aprel 2002-ci ildə Mingəçevir şəhərində anadan olub. Nigar Mirzəliyeva, 2012-ci ildə Mingəçevirdə məşqlərə başlayıb. Baş Məşqçisi İlqar Hüseynov idi. O, doqquz yaşında olarkən “Bakcell” ilə futbol” proqramı çərçivəsində bir neçə ay “Mançester Yunayted”in akademiyasında təlim məşq proqramında iştirak edib. Çox keçmədən — 2017-ci ildə Nigar Mirzəliyeva AFFA-nın Akademiyasında təhsil almağa başlayıb. Peşəkar karyerası Müdafiəçidir. 2018-2019-cu ildə Balakənin "Balxurma" klubunda çıxış edib. 2019—2020-ci illərdə isə, Şəkinin "Marxal" klubunda çıxış edib. Bu dövrdən sonra karyerasına legioner olaraq davam edib.

2021-ci oldə Kazanın “Rubin” klubunda çıxış edib. Martın 14-də Super Liqada ilk rəsmi oyununu "Çertanovo Moskva" klubuna qarşı keçirdi. Ümumən "Rubin" klubunda 47 dəfə liqada 1 dəfə isə kubok oyununda iştirak etmişdir.

2022-ci ildə isə Rusiyanın “Zenit” klubu ilə ikiillik müqavilə imzalayıb. Həmin sezondan eribarən ard-arda iki dəfə Rusiya çempionu oldu. 2024/2025-ci ildə isə 3-cülük əldə etdi.

2025-ci ildə Qadın futbolçular arasında Rusiya Superliqasında 10-cu turun rəmzi komandasında yer alıb

Növbəti sezon isə Almaniyanın "Hamburq" klubuna transfer oldu.

Milli Karyerası 2017-ci ildə Azərbaycanın gənclər yığmasına dəvət alıb. Millinin U17, U19 komandalarında oynayıb. 2020-ci ildə əsas milli komandada debüt edib.

Oyunların Xronologiyası Tarix Hadisə Dəqiqə Rəqib Yekun Hesab 04.06.2024 Qol 90 Türkiyə 1–0 05.12.2022 Qol 68 Farer adaları1–0ÜmumiQol:2

Uğurları Zenit FK frameless|16x16px Rusiya Qadın Super Liqası: Çempion (2): (2022/2023, 2023/2024) frameless|16x16px Rusiya Qadın Super Liqası: Bürünc (1): (2024/2025)

İstinadlar

Kateqoriya:Azərbaycanın qadın futbolçuları Kateqoriya:Rusiyada legioner idmançılar Kateqoriya:Azərbaycanın qadınlardan ibarət milli futbol komandası futbolçuları