Ezer Vayzman (, ) 1993-cü ildə seçilən və 1998-ci ildə yenidən seçilən İsrailin yeddinci prezidenti idi. Prezident olmadan əvvəl, Vayzman İsrail Hərbi Hava Qüvvələrinə komandanlıq etmiş və Müdafiə Naziri olmuşdur.

Bioqrafiya Ezer Vayzman, 15 iyun 1924-cü ildə Fələstin Britaniya mandatında, Tel-Əvivdə Yexiel və Yehudit Vayzmanın ailəsində doğulmuşdur. Atası aqronom idi. O, İsrailin ilk prezidenti Xaim Veizmanın qardaşı oğludur.

O, Əkka və Hayfada böyüyüb və İvrit Reali Məktəbində təhsil alıb. O, Moşe Dayanın həyat yoldaşı Rut Dayanın bacısı Reuma Şvarts ilə evlənmişdir və onların iki övladı var idi: Şaul və Mixal.

Vayzman döyüş pilotu idi. O, İkinci Dünya müharibəsi zamanı, 1942-ci ildə qoşulduğu Britaniya Ordusunda təlim aldı. Misir və Liviyada Qərbi Səhra kampaniyalarında yük maşını sürücüsü kimi xidmət göstərdi. 1943-cü ildə Britaniya Kral Hərbi Hava Qüvvələrinə (HHQ) qoşularaq Rodiziyada aviasiya məktəbinə daxil oldu. 1945-ci ilə qədər Misir və Hindistanda HHQ ilə xidmət etdi. Vayzman HHQ-dakı xidmətini serjant-pilot olaraq başa vurdu.

1944–1946-cı illərdə o, Fələstin mandatında İrqun yeraltı təşkilatının üzvü idi. 1946–1947-ci illərdə İngiltərədə aeronautika üzrə təhsil aldı. 1947-ci ildə, təhsilini davam etdirərkən, o, Fələstin mandatında Britaniya qüvvələrinin komandanı olan General Evelin Barkerin öldürülməsi planında iştirak etdi. O və başqa bir İrgun üzvü Barkerin Londondakı evinin qarşısındakı yola mina qoymağı planlaşdırmışdılar, lakin Skotland Yardın şübhələrini cəlb etdikdən sonra İngiltərəni tərk edərək planı dayandırdı.

Ölümü Ezer Vayzman 24 aprel 2005-ci ildə Keysəriya şəhərindəki evində tənəffüs çatışmazlığı narahatlığından vəfat etmişdir. O, 80 yaşında idi. O, İsrail prezidentlərinin və baş nazirlərinin adətən dəfn edildiyi Herzl Dağında deyil, Or Əkiva şəhərindəki oğlu və gəlininin yanında dəfn edilmişdir.

İstinadlar

Xarici keçidlər Ezer Veyzman Knessetin saytında

Kateqoriya:İsrail prezidentləri Kateqoriya:İsrail siyasi partiyalarının liderləri Kateqoriya:İsrailin müdafiə nazirləri