Qazaxbəyli — Azərbaycan Respublikasının Qazax rayonunun Orta Salahlı kənd inzibati ərazi dairəsində kənd.
Toponimikası Qazaxbəyli kəndi Gəncə-Qazax düzənliyindədir. Bu yaşayış məntəqəsini qazaxbayli nəsli saldığı üçün belə adlanmışdır.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 1179 nəfər əhali yaşayır. Əhalinin 566 nəfəri kişilər, 613 nəfəri qadınlardan ibarətdir.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
Tanınmışları Alı Mustafayev (1952–1991) — Azərbaycanın Milli Qəhrəmanı. Telejurnalist, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycan Respublikasının Əməkdar Jurnalisti, "İlin ən yaxşı jurnalisti" (1991), publisist, şair. Nuranə Təbriz 8 aprel 1990-cı ildə anadan olub. — "Azərbaycan Yazıçılar Birliyinin üzvü " , "Prezident təqaütçüsü " , "Ruh və Kölgə Ədəbi İctimai Birliyinin rəhbəri" , "Aşıq Pəri Məclisinin" müşaviridir.
İstinadlar
Xarici keçidlər Azərbaycan Respublikasi Qazax Rayon İcra Hakimiyyəti. Bələdiyyələr
Kateqoriya:Qazax rayonunun kəndləri