Fəridə Babayeva (6 sentyabr 1990, Bakı,Azərbaycan) — azərbaycanlı keçmiş peşəkar qadın futbolçu. Azərbaycan A Milli komandasının keçmiş müdafiəçisi. 2 dəfə Azərbaycan çempionu, 2 dəfə gümüş mükafatçı

Həyatı və Karyerası 2004-cü ildə "Ruslan-93" klubunda forma geyinməyə başladı. İlk sezonunda Azərbaycan Qadınlar Liqasında gümüş mükafatı əldə etdi. 2005-ci ildə də eyni klubla eyni naliyyəti təkrarladı — "Ruslan-93" klubu ilə 2-cilik əldə etdi.

2006 sezonunda mübarizə zamanı çempionluq qazanmışdır.

Növbəti sezon isə UEFA Çempionlar Liqasında mübarizədə iştirak etdilər. Ruslan-93 klubunun əsas heyət oyunçusu idi. Çempionlar Liqasında İlk oyundan etibarən Babayeva əsas heyətdə yer almağa başlamışdı. Macarıstanın "Femina" klubuna qarşı da əsas heyətdə idi. Qazaxıstan klubuna qarşı da eyniylə əsas heyətdə yer alırdı. https://www.uefa.com/womenschampionsleague/match/301077--biik-shymkent-vs-ruslan-93/ Bu nəticəyə gəlmək olar ki, nəinki Azərbaycan Çempionatında, həmçinin beynəlxalq turnir zamanı da, Fəridə Babayeva ən önəmli oyunçulardan biri idi.

2008-ci ildə isə Azərbaycan Qadın Çempionatının sonu oldu. Turnirlərin təşkili dayandırıldı.

Bu dövr ərzində də oyunlara fasilə verdi. Yalnız 2015/2016-cı ildə "Azərbaycan Yüksək Qızlar Liqası"nda "Təhsil" klubunda çıxış etməyə başladı. Karyerasını həmin klubda bitirdi.

Fəridə Babayeva ilə bağlı arxiv məlumatlarında sadəcə 2007-ci ildə "Ruslan-93" klubunda çıxış etdiyi qeyd edilmişdir.https://web.archive.org/web/20070508232945/http://www.affa.az/?lang=az&p=w_football

Milli Karyerası 2008-ci ildə Azərbaycanın qadınlardan ibarət U19 millisində çıxış etdiyi bilinir.

Uğurları Ruslan-93 FK frameless|16x16px Azərbaycan Qadınlar Çempionatı: Çempion (2): (2006/2007, 2007/2008) frameless|16x16px Azərbaycan Qadınlar Çempionatı: Gümüş (2): (2004, 2005)

İstinadlar

Kateqoriya:Azərbaycanın qadın futbolçuları Kateqoriya:Ruslan-93 FK (qadın) futbolçuları