Əhmədabad — Azərbaycan Respublikasının Tovuz rayonunun Əhmədabad kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 7 mart 2012-ci il tarixli, 310-IVQ saylı Qərarı ilə Tovuz rayonunun Əhmədabad kənd Yanıqlı kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, mərkəzi bu kənd olmaqla Əhmədabad kənd inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir.
Toponimikası Oykonim "Əhmədin saldığı kənd, Əhmədə aid kənd" mənasındadır.
Tarixi
Tarixi abidələri Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır.
Coğrafiyası və iqlimi Kənd Çınqıldağ silsiləsinin ətəyində yerləşir.
Əhalisi İl Daimi əhali Kişilər Qadınlar19997964003962009↗817↗432↘385
İqtisadiyyatı
Mədəniyyəti Kənddə Əhmədabad kənd kitabxana filialı, Əhmədabad kənd klubu fəaliyyət göstərir.
Təhsil Kənddə Əhmədabad kənd tam orta məktəbi fəaliyyət göstərir.
Din Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.
Səhiyyə Kənddə Əhmədabad tibb məntəqəsi yerləşir.
İstinadlar
Xarici keçidlər
Həmçinin bax
Kateqoriya:Tovuz rayonunun kəndləri Kateqoriya:Əhmədabad (Tovuz) kənd inzibati ərazi dairəsindəki yaşayış məntəqələri