və ya doğum adı ilə Renzo Maeda – Yaponiya nihonqa rəssamı.
Tarixi 1885-ci ildə Yaponiyanın Gifu prefekturasında doğulmuşdur. 1901-ci ildə Tokioya köçmüşdür. Maruyama-Şico məktəbinin nümayəndəsi olan, qəzet və jurnal rəssamı Kacita Hankodan rəssamlıq dərsi almışdır. Okakura Kakuzonun təsiri ilə qədim yapon incəsənətini öyrənmişdir. 1906-cı ildən sonra bir neçə rəssam qruplarının üzvü olmuşdur. Maeda "Kocikay" sənətçi qrupunun üzvü olmuş, Okakuranın 1913-cü ildəki ölümündən sonra Yaponiya Təsviri Sənət Akademiyasının yenidən təşkil olunmasında iştirak etmişdir.
1922 və 1923-cü illərdə Avropaya səfər etmişdir. 1922-ci ildə Fransada incəsənət təhsili almışdır. 1935-ci ildə İmperator Təsviri Sənət Akademiyasında işləməyə başlamışdır. 1938-ci ildə Çinə səfər etmiş, Datun şəhəri yaxınlığında yerləşən buddist mağara məbədlərini ziyarət etmişdir. Bu mağaralar onun bir neçə rəsm əsəri üçün ilham mənbəyi olmuşdur. Onun "Yoritomo mağarada" əsəri mükafata layiq görülmüşdür.
1944-cü ildə saray rəssamı, 1946-cı ildə Nitten sərgisinin jürisi təyin olunmuşdur. Tokio İncəsənət Universitetinin incəsənət professoru olmuş, 1959-cu ilə qədər universitetdə dərs demişdir. 1949-cu ildə Narada yerləşən Horyu məbədinin əsas zalında baş verən yanğın nəticəsində məhv olmuş rəsm əsərlərinin restavrasiyası ilə məşğul olmuş ekspert qrupuna rəhbərlik etmişdir. 1959-cu ildən sonra İmperatriça Naqakonun rəsm müəllimi olmuşdur. Kabuki tamaşaları da yazmışdır.
Üslubu Maeda əvvəlcə tarixi və əfsanəvi mövzularda əsərlər çəkmiş, zireh geyinən fiqurları təsvir etmişdir. 1945-ci ildən sonra yapon festivalları və portretlər çəkməyə başlamışdır. Nihonqa üslubunda olan əsərləri Qərb realizminin elementlərini əks etdirmişdir.
Mükafatları 1929-cu ildə Asahi Mədəniyyət Mükafatını qazanmışdır. 1955-ci ildə "Mədəniyyət" ordeni ilə təltif olunmuşdur.
İstinadlar
Ədəbiyyat
Kateqoriya:Nihonqa rəssamları Kateqoriya:Buddist sənətçiləri Kateqoriya:İncəsənət kolleksiyaçıları