Gündoğmuş — Antalya vilayətinə bağlı rayon.
Tarix Eksere kəndi 1936-cı ilə qədər Aksekiyə bağlı kənd ikən, 1936-cı ildə "Gündoğmuş" adı ilə mahala çevrilmişdir.
coğrafiya thumb| Rayonda Eğri gölü (noyabr 2019) Sahəsi 1323km² və dəniz səviyyəsindən 900 m yüksəklikdədir. Dağlıq ərazilər meşələrlə örtülüdür. Alara çayı rayonu şərq-qərb istiqamətində bölür. Aralıq dənizi iqlimi üstünlük təşkil etsə də, qışda bir qədər kontinental iqlim xüsusiyyətlərini göstərir və bu səbəbdən qış bir qədər sərt keçir.
İqtisadiyyat Rayonda işsizlik səviyyəsi çox yüksəkdir və gənc işçi qüvvəsi sahilyanı rayon və şəhərlərdə turizm sektoruna yönəldiyi üçün rayon daim köç edirlər. Rayon məşğulluğunda ən mühüm pay mövsümi işçiləri işə götürən Meşə işləri idarəsidir Rayonda mühüm sənaye müəssisəsi yoxdur. Torpaq quruluşunun sərt olması səbəbindən əkinçilik sahələrinin məhdud olması kənd təsərrüfatının kiçik ərazilərdə terraslar şəklində aparılmasına səbəb olmuşdur. İqtisadiyyat baxımından kəndlərdə heyvandarlıq və arıçılıq mühüm yer tutur. Tərəvəz və meyvələrin bir qism hissəsi kəndlərdə yetişdirilir buda ancaq daxili ehtiyaclar üçün sərf edilir.
Təhsil Rayon mərkəzində üç məktəbdə təhsil verilir. İnternat məktəbində ucqar kəndlərin oxumaq imkanı olmayan uşaqlarına təhsil və təlim verilir.
İstinadlar
Kateqoriya:Infobox mapframe without OSM relation ID on Wikidata Kateqoriya:Antalya ili