Lil Shine (tam adı: Casper Vilyam Conson; ) — ABŞ repçisi. O, pluggnB janrında öz dəst-xəttini yaratmağı bacarmışdır. Yaradıcılıq yolunda iki albom xüsusi yer tutur - 2022-ci ildə dinləyicilərə təqdim etdiyi "Losing Myself" və 2025-ci ildə yayımladığı "Shine Forever".
Həyatı Casper Vilyam Conson 2005-ci il fevralın 18-də Minnesota ştatının Minneapolis şəhərində doğulub.
Fəaliyyəti On iki yaşlarında, 2017-ci ildə musiqi yaratmağa başlayır. 2019-cu ildə "Stop!" və "Relax!" mahnılarını dinləyicilərə təqdim edərək diqqətləri üzərinə çəkir. 2020-ci ildə "Reptilian Club Boyz" rep qrupuna qoşulsa da, kollektiv 2021-ci ildə dağılır. 2023-cü ildə amerikalı repçi Summrs ilə əməkdaşlıq quraraq "Hop Out" sinqlını ərsəyə gətirir.
2024-cü ilin dekabr ayında Lil Shine və digər iki nəfər federal səviyyədə ittihamlarla qarşılaşır. Onlar 2022-ci ilin dekabrından 2023-cü ilin avqustuna qədər Narkotiklərə Nəzarət İdarəsinin həkim və mütəxəssislər sistemini sındıraraq, həkimlərin məlumatlarını ələ keçirməkdə, prometazin və kodein preparatlarını qanunsuz əldə edib satmaqda şübhəli bilinirdilər. İttiham aktına əsasən, onlar dələduzluğa görə 11 epizod üzrə, şəxsiyyət məlumatlarının oğurlanmasına görə isə 4 epizod üzrə məsuliyyətə cəlb edildilər. Lil Shine irəli sürülən ittihamları qəbul etməyib.
2025-ci il yanvarın 1-də ikinci studiya albomu - "Shine Forever" işıq üzü görüb. Maraqlıdır ki, əvvəlcə albomun faylları olan noutbuku itirməsinə baxmayaraq, işini tamamlamağı bacarıb.
Üslubu Mahnılarında pluggnB, rage və trep janrlarının elementlərini birləşdirir. Narkotik maddələrə aludəçilik və şəxsi münasibətlər onun əsas mövzularını təşkil edir.
Diskoqrafiya Studiya albomları Ad Detallar Losing Myself Yayımlanıb: 31 oktyabr 2022 Leybl: — Formatlar: Rəqəmsal yükləmə Shine Forever Yayımlanıb: 1 yanvar 2025 Leybl: — Formatlar: Rəqəmsal yükləmə
Minialbomlar Ad Detallar Lovesick Yayımlanıb: 1 avqust 2023 Leybl: — Formatlar: Rəqəmsal yükləmə Tearscape Yayımlanıb: 2 sentyabr 2023 Leybl: — Formatlar: Rəqəmsal yükləmə
Sinqllar Ad İlAlbom "Loser" 2021Alboma daxil olmayan sinql "Snow Keep Fallin" 2022 "See U In H3ll" "Loose Ends" "By Myself" (with Lawsy) "Won't Stop" "Tell Me" "How Deep Is Your Love" 2023 "How It Goes" "Falling 4 You" "Lie Once, Lost Trust" "Too Bad" "Hop Out" (with Summrs) "Str8 Like Dat" 2024 "Snakes" "Dork"Shine Forever "Date Night"
İstinadlar
Kateqoriya:ABŞ repçiləri