Sarı dırnaq sindromu — "Sarı dırnaqlar və plevral effuziya ilə əlaqəli əsas limfodema" kimi də tanınan, çox nadir tibbi sindrom. Bu sindrom plevral effuziyalar, limfodema (limfa damarlarının inkişaf etməməsi nəticəsində) və sarı distrofik dırnaqlar ilə xarakterizə olunur. Təxminən 40%-i həmçinin bronxiektaziya inkişaf etdirir. Bu sindrom xroniki sinusit və davamlı öskürək ilə əlaqəlidir. Əsasən yetkinlərə təsir edir.Freedberg, et al. (2003). Fitzpatrick's Dermatology in General Medicine. (6th ed.). McGraw-Hill. .

Müalicə

Şişkinlik və hər hansı bir tənəffüs problemləri üçün normal müalicə tətbiq edilə bilər. Bəzi tədqiqatlarda E vitamini ilə qida əlavələrinin, dırnaq dəyişikliklərinin idarə edilməsində effektiv olduğu göstərilmişdir.

Tarix

Bu vəziyyət ilk dəfə 1927-ci ildə Heller tərəfindən bildirilib və ilk hal seriyası 1964-cü ildə London həkimləri Piter Samman və Uilyam Vayt tərəfindən bir nəşrdə təsvir olunub. Digər halların 1962-ci ildə qeydə alındığı bildirilir.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Sindromlar Kateqoriya:Tənəffüs orqanları xəstəlikləri