Qafur Nəsir oğlu Məmmədov () — matros, Sovet İttifaqı Qəhrəmanı.Указ Президиума Верховного Совета СССР "О присвоении звания Героя Советского Союза начальствующему и рядовому составу Красной Армии" от 31 марта 1943 года // Ведомости Верховного Совета Союза Советских Социалистических Республик : газета. — 1943. — 9 апреля (№ 14 (220)). — С. 1
Həyatı thumb| Məmmədov Qafur Nəsir oğlu dünyaya Bakıda göz açmış, 1941-ci ilin avqustunda hərbi xidmətə getmişdir. Zaqafqaziya cəbhəsində 56-cı ordu tərkibində 323-cü dəniz piyada batalyonunda rabitəçi vəzifəsində xidmət edən matros Qafur Məmmədov Tuapse şəhəri yaxınlığında aparılan ağır döyüşlərdə qəhrəmanlıqlar göstərmişdir.
1942-ci ilin 19 oktyabrında faşist ordusu hissələrinin hücumlarını dəf edərkən Qafur Məmmədov şəxsən düşmənin 13 avtomatçısını və bir minomyot heyətini məhv etmişdi. Həmin döyüşdə o, öz komandirini düşmən atəşindən müdafiə edərkən, özü həlak oldu.
Sovet İttifaqı Qəhrəmanı adı ona 1943-cü ilin 31 martında verilmişdir. Bakıda bir bir gəmiyə, bir küçəyə, bir parka və bir dənizçilik məktəbinə onun adı verilmişdir.
İstinadlar
Xarici keçidlər Мамедов Кафур Насырович 9may.az. Qəhrəmanlar.
Kateqoriya:İkinci Dünya müharibəsi iştirakçıları Kateqoriya:Böyük Vətən müharibəsində həlak olanlar