İdris Süleymanov (tam adı: Süleymanov İdris Həsən oğlu) — Sovet İttifaqı Qəhrəmanı.Указ Президиума Верховного Совета СССР "О присвоении звания Героя Советского Союза начальствующему и рядовому составу Красной Армии" от 13 декабря 1942 года // Ведомости Верховного Совета Союза Советских Социалистических Республик : газета. — 1942. — 25 декабря (№ 46 (205)). — С. 1.

Həyatı İdris Süleymanov 12 fevral 1915-ci ildə Goranboy rayonunun Goran qəsəbəsində anadan olmuşdur.

1939-cu ildə Goranboy RHK-dan orduya çağırılmışdır. Leytenant İdris Süleymanov Qafqaz uğrunda gedən döyüşlərdə iştirak etmişdir. 1942-ci il noyabrın əvvəllərində kiçik leytenant rütbəsində olarkən Mozdok yaxınlığında 43-cü əlahiddə atıcı briqadanın birinci əlahiddə atıcı batalyonunun birinci taqımının komandiri olmuşdur.

Şimali Osetiya Respublikasının Mozdok rayonunun İşşersk məntəqəsinin alınmasında qəhrəmanlıq göstərmişdir. Vuruşmanın ən qaynar anında gözündən və ayağından yaralanmağına baxmayaraq, döyüşçüləri səsləyərək, düşmənə əks-həmlə etmişdir. Bundan sonra düşmən öz mövqelərini qoyub geriyə doğru çəkilməyə məcbur olmuşdur.

1942-ci ilin 13 dekabrında kiçik leytenant İdris Süleymanova SSRİ Ali Sovetinin əmri ilə Sovet İttifaqı Qəhrəmanı adı verilmişdir. 1943-cü ildə yaralandığına görə ön cəbhədən arxa cəbhəyə keçirilmişdir.

"Lenin" ordeni, Qırmızı Ulduz medalı və I dərəcəli Böyük Vətən müharibəsi ordeni ilə təltif edilmişdir. Müharibədən sonra Goranboy rayonunda sosial təminat şöbəsinin müdiri işləmişdir.

29 iyul 1986-cı ildə vəfat etmişdir.

İstinadlar

Kateqoriya:İkinci Dünya müharibəsi iştirakçıları Kateqoriya:Goranboy rayonunda doğulanlar Kateqoriya:1-ci dərəcəli "Vətən müharibəsi" ordeni ilə təltif edilənlər Kateqoriya:İkinci Dünya müharibəsində SSRİ hərbçiləri Kateqoriya:1-ci dərəcəli "Vətən müharibəsi" ordeni ilə təltif edilənlər Kateqoriya:SSRİ leytenantları