Qreqorio Alvares () — Uruqvayın keçmiş prezidenti.

Həyatı General Qreqorio Alvares Uruqvayda hakimiyyəti ələ keçirən xuntaya rəhbərlik edib. 1981-ci ildə isə ölkənin faktiki prezidenti elan olunub. Onun başçılıq etdiyi rejim 1975-ci ildə Çili, Argentina, Uruqvay, Braziliya, Paraqvay və Boliviyanın diktator rejimlərinin tətbiq etdikləri "Kondor" planının reallaşdırılmasında aktiv iştirak edib.

Qreqorio Alvares 1973–1985-ci illərdə hakimiyyətdə olduğu dövrdə törətdiyi cinayətlərə görə 2009-cu ildə 25 il həbs cəzası alıb. Məhkəmə Alvaresi 37 nəfərin öldürülməsində, eləcə də bəşəriyyətə qarşı çoxsaylı cinayətlərdə günahkar bilib. 2007-ci ilin dekabrından həbsdə olan 83 yaşlı Alvares səhhətinə görə məhkəmədə iştirak edə bilməyib.

İstinadlar

Xarici keçidlər Keçmiş diktator 25 il həbs cəzası aldı

Kateqoriya:Uruqvay siyasətçiləri Kateqoriya:Uruqvay prezidentləri Kateqoriya:Ürək tutmasından ölənlər Kateqoriya:Həbsdə ölən şəxslər