Riçard Ortis () — F1lthy (böyük hərflərlə) təxəllüsü ilə tanınan ABŞ-li musiqi prodüseri və bəstəkar. "Working on Dying" adlı rep kollektivinin əsas təsisçilərindən biri kimi tanınır. O, yeni nəsil rep musiqiçiləri Playboi Carti və Lil Yachty kimi sənətçilərlə uğurlu əməkdaşlıq əlaqələri qurmuşdur. Hazırda Playboi Carti-nin sahibi olduğu "Opium" musiqi şirkətinin aktiv üzvlərindən biridir. F1lthy yaradıcılığında özünəməxsus sərt və xırıltılı səslərdən, sadə melodiyalardan istifadə etməklə dinləyici auditoriyasının rəğbətini qazanmağı bacarmışdır.
Bioqrafiya Riçard Ortis 1992-ci il fevralın 1-də ildə Amerika Birləşmiş Ştatlarının Pensilvaniya ştatındakı Filadelfiya şəhərində anadan olub. 2012-ci ildə yeraltı musiqi mədəniyyətinin təsiri altında musiqi bitləri (repçilər üçün instrumentallar) hazırlamağa başlayıb. Onun yaradıcılığına SpaceGhostPurrp və Metro Zu kimi anderqraund musiqiçilər təsir edib.
F1lthy yerli və xarici sənətçilərlə uğurlu layihələrə imza atır. Öz kiçik qardaşı Cordan "Oogie Mane" Ortis ilə birlikdə "Working on Dying" prodüser qrupunu təsis edib. 2014-cü ilin əvvəllərində Snob Mobb ilə tanışlıqdan sonra qrup ciddi uğurlar əldə etməyə başlayıb. O, yeraltı və alternativ rep musiqisi sahəsində, xüsusilə Bladee, Lucki və Black Kray kimi sənətçilərlə sıx əməkdaşlıq edir.
2020-ci ildə Carti-nin "Billboard 200" reytinqində birinci yerə qalxan "Whole Lotta Red" adlı ikinci studiya albomunun prodüseri kimi geniş məşhurluq qazanıb. O, əlavə olaraq Ken Carson kimi sənətçilərlə də iş birliyində olub.
Diskoqrafiya Kollaborativ albomlar Working on Dying 2 (The Loosie Man ilə) (2014) Wake Up Lucki (Lucki ilə) (2021)
İstinadlar
Kateqoriya:ABŞ hip-hop prodüserləri Kateqoriya:XXI əsr ABŞ repçiləri