Qəzza sülh sammiti, həmçinin Şarm Əl-Şeyx sammiti- 2023-cü ildə başlayan Qəzza müharibəsinə son qoymaq üçün Qəzza sülh planının birinci mərhələsinin həyata keçirilməsinə dair razılaşmanın ardından 13 oktyabr 2025-ci ildə Misirin Şərm əş-Şeyx şəhərində keçirilən diplomatik görüş. 30-a yaxın ölkədən nümayəndənin qatıldığı sammitdə ABŞ prezidenti Donald Tramp və Misir prezidenti Əbdülfəttah Əs-Sisi həmsədrlik ediblər. Beynəlxalq konfransda İsrail və HƏMAS nümayəndələri iştirak etməyiblər.

Tarixi Qəzza müharibəsi 2023-cü il oktyabrın 7-də HƏMAS-ın rəhbərlik etdiyi bir qrup fələstinli silahlı qruplaşmanın İsrailin cənubunda həyata keçirdiyi bir sıra koordinasiyalı silahlı hücumlardan sonra başlayıb. 8 oktyabr 2025-ci ildə İsrail hökuməti və HƏMAS ABŞ prezidenti Donald Tramp tərəfindən təklif olunan Qəzza sülh planının birinci hissəsi ilə razılaşdılar və nəticədə 10 oktyabr 2025-ci ildə hərbi əməliyyatların dayandırılması ilə nəticələndi. Sülh prosesində növbəti addımlarla bağlı beynəlxalq sammit planları həmin gün Tramp tərəfindən açıqlandı.

Tramp sammitdə iştirak etməzdən əvvəl səhər saatlarında İsrail Knesseti və qonaqlar qarşısında çıxış edərək, İsraili Yaxın Şərqdə sülh və firavanlığa diqqət yetirməyə çağırıb və İsrail prezidenti İsaak Hersoqdan baş nazir Benyamin Netanyahunu üzləşdiyi müxtəlif hüquqi ittihamlara görə əfv etməyə çağırıb. Tramp girov ailələri ilə də görüşüb.

Məqsədlər Sammitdə Qəzza sülh planının həyata keçirilməsində növbəti addımların müzakirəsi nəzərdə tutulurdu və diqqətin Qəzza zolağının gələcək idarəçiliyinə, təhlükəsizlik və humanitar yardıma yönəldilməsi nəzərdə tutulurdu.

İştirakçılar 300px|thumb|right|Əbdülfəttah əs-Sisi və Donald Tramp 2019-cu ildə 300px|thumb|right|Qəzza sülh sammitində liderlərin görüşü 300px|thumb|right|Yekun deklarasiyanın imzalanması

Samitdə iştirak üçün 30-a yaxın ölkədən və bir sıra beynəlxalq təşkilatlardan nümayəndələr dəvət olunmuşdu. İştirak aşağıdakı kimi olub.

Dövlət Təmsilçi Vəzifəsi ErmənistanNikol PaşinyanBaş nazir Azərbaycan İlham Əliyev Prezident BəhreynHəməd ibn İsa Əl-XəlifəKral KanadaMark KarniBaş nazir KiprNikos XristodulidisPrezident MisirƏbdülfəttah Əs-SisiPrezident FransaEmmanuel MakronPrezident Almaniya Fridrix MertsBaş nazir Yunanıstan Kiriakos MitsotakisBaş nazir Macarıstan Viktor OrbanBaş nazir HindistanKirti Vardhan SinqhXarici İşlər Naziri İndoneziyaPrabovo SubiantoPrezident İraqMohammed Şia əl-SudaniBaş nazir İtaliya Corca MeloniBaş nazir YaponiyaFumio İvaiSəfir İordaniyaII Abdullah Kral KüveytƏhməd Al-Abdullah Əl-SabahBaş nazir Niderland[Dik Şof]]Baş nazir Norveçİonas Qahr StorBaş nazir OmanBədr bin Hamad Al BusaidiXarici İşlər Naziri Pakistan Şahbaz ŞərifBaş nazir Fələstin Mahmud AbbasPrezident Paraqvay Santiago PeñaPrezident QətərTəmim bin Həməd Al SaniƏmir Səudiyyə Ərəbistanı Faysal bin Farhan Əl SaudXarici İşlər Naziri İspaniya Pedro SançezBaş nazir TürkiyəRəcəb Tayyib ƏrdoğanPrezident Birləşmiş Ərəb Əmirlikləri Mənsur ibn Zeyd Əl NəhayanVitse Prezident Birləşmiş Krallıq Kir StarmerBaş nazir ABŞ Donald TrumpPrezident

Beynəlxalq təşkilatlar Təşkilat Təmsilçi Vəzifəsi Ərəb Dövlətləri LiqasıƏhməd Əbul QeytBaş katib Avropa İttifaqıAntónio KostaAvropa Şurasının prezidenti Birləşmiş Millətlər TəşkilatıAntoniu QuterreşBaş katib

Nəticəsi Misir Prezidenti Əbdülfəttah əs-Sisi ABŞ Prezidenti Donald Tramp, Qətər Əmiri Şeyx Təmim bin Həməd Al Tani və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Dayanıqlı Sülh və Rifah üçün Tramp Bəyannaməsi” kimi tanınan birgə bəyannaməni imzaladılar.

Tramp imzalanmış sənədin “çoxlu qayda və təkliflərdən” ibarət olduğunu və “çox əhatəli” olduğunu, lakin “The New York Times” nəşr olunan sənəddə əsaslı detalların olmadığını qiymətləndirib. Birgə razılaşma sadə olduğuna və Qəzzada da daxil olmaqla regional sülh razılaşmasının əldə edilməsinə dair bir neçə detal təqdim etdiyinə görə tənqid edilib. Bəzi analitiklər tərəfindən bütün sammitin özü sabit və əsaslı sülh razılaşması deyil, daha çox simvolik və qarşıdan gələn təhlükə siqnalı kimi qəbul edilib.

İstinadlar

Xarici keçidlər

Sharm El-Sheikh Peace Summit - Government of Egypt The Trump Declaration for Enduring Peace and Prosperity

Kateqoriya:2025-ci ildə beynəlxalq münasibətlər Kateqoriya:İsrail–Qəzzə münaqişəsi Kateqoriya:Ərəb-İsrail münaqişəsini həll etmək cəhdləri Kateqoriya:Qəzzədə müharibə (2023–hal-hazırda) Kateqoriya:İsrail–Misir münasibətləri Kateqoriya:Donald Trampın ikinci prezidentliyi Kateqoriya:Yaxın Şərq böhranı (2023–hal-hazırda) Kateqoriya:2025-ci ildəki hadisələr Kateqoriya:Donald Tramp