Məhəmməd ibn Abbad əl-Mötəmid (; ) — Ərəb Əndəlüs şairi və döyüşçüsü, Abbadidlər sülaləsindən 1069–1091-ci illərdə Sevilya əmiri İbn Zeydunun tələbəsi. Şimali Afrikada sürgündə yazdığı nostalji şeirlərin müəllifi, Abbad II əl-Mütədidin oğlu, I Abbadın nəvəsi. Həmçinin II Məhəmməd kimi də tanınır.
Bioqrafiya Məhəmməd ibn Abbad 1040-cı ildə anadan olmuşdur.
1080-ci ildə Kastiliya və Leon kralı VI Alfonso El Sidi sürgün edərkən, əl-Mötəmid onu məmnuniyyətlə öz xidmətinə qəbul etmişdir. El Sid əl-Mötəmidə Barselona qrafı Ramon Berenguerini məğlub etməyə kömək etdi.
Əl-Mötəmid dövründə Sevilya iqtisadi və mədəni tərəqqiyə nail oldu, lakin bu, qısamüddətli oldu. VI Alfonso Toledonu ələ keçirdikdən sonra müsəlmanlar Əlmürabitləri çağırdılar. Onlar xristianları məğlub etdilər, lakin 1090-cı ildə Əndəlusun tayfalarını ələ keçirməyə başladılar. 1091-ci ilin sonunda əl-Mötəmidin qüvvələri məğlub oldu və o, Mərakeşin cənubuna sürgün edildi və burada 1095-ci ildə öldü.
İstinadlar Kateqoriya:XI əsr şairləri Kateqoriya:Devrilmiş monarxlar Kateqoriya:Vikipediya:Vikiverilənlərdə Azərbaycan dilinə tərcümə olunmamış elementlər olan məqalələr Kateqoriya:Vikipediya:Vikidatada mənbələri olan məqalələr Kateqoriya:Mərakeşdə vəfat edənlər Kateqoriya:Əlifba sırasına görə şəxslər Kateqoriya:1095-ci ildə vəfat edənlər Kateqoriya:1040-cı ildə doğulanlar Kateqoriya:Əmirlər Kateqoriya:XI əsr ərəbləri Kateqoriya:XI əsr Avropa hökmdarları