Yozef Ritter fon Fraunhofer (Joseph Ritter von Fraunhofer, /ˈfraʊnˌhoʊfər/; Almanca: [ˈfraʊnˌhoːfɐ]; ) — Alman fizik və optik linza istehsalçısı idi. O, optik şüşə, axromatik teleskop və obyektiv linzalar istehsal etmişdir. O, difraksiya qəfəsini inkişaf etdirmiş və həmçinin spektroskopu icad etmişdir. 1814-cü ildə o, hazırda Fraunhofer xətləri kimi tanınan günəş spektrində qaranlıq udma xətlərini kəşf etmiş və tədqiq etmişdir.

Tətbiqi tədqiqatların inkişafı üzrə Avropanın ən böyük Cəmiyyəti olan Alman tədqiqat təşkilatı Fraunhofer Cəmiyyəti onun adını daşıyır. Fraunhofer xətləri astronomiyada səma cisimlərinin tərkibini təyin etmək üçün istifadə olunur. Onun epitafiyasında latınca "O, ulduzları yaxınlaşdırdı" mənasını verən Aproximavit sidera yazılıb.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:6 martda doğulanlar Kateqoriya:1787-ci ildə doğulanlar Kateqoriya:7 iyunda vəfat edənlər Kateqoriya:1826-cı ildə vəfat edənlər Kateqoriya:Münxendə vəfat edənlər Kateqoriya:Əlifba sırasına görə şəxslər Kateqoriya:Əlifba sırasına görə alimlər Kateqoriya:Almaniya fizikləri Kateqoriya:XIX əsr Almaniya fizikləri Kateqoriya:Münxen Lüdviq-Maksimilian Universitetinin müəllimləri Kateqoriya:Bavariya Elmlər Akademiyasının üzvləri Kateqoriya:Zəhərlənərək ölənlər Kateqoriya:İxtiraçılar