Londonun müstəqilliyi (, bəzən "" kimi qısaldılır) — Londona şəhər-dövlət statusu verilməsi və onun Birləşmiş Krallıqdan ayrıca, tam müstəqil bir siyasi vahid kimi mövcud olmasının məqsədəuyğun olduğu barədə inamı ifadə edən termin.
Hərəkat
Londonun Birləşmiş Krallıq daxilindəki statusu bir neçə ildir müzakirə mövzusu olmuşdur. Daha geniş muxtariyyət verilməsi ilə bağlı çağırışlar irəli sürülmüşdür. Bu fikri müdafiə edənlər belə hesab etmişlər ki, 8 milyondan çox əhalisi olan Böyük Londonun iqtisadi ölçüləri, funksional əhəmiyyəti, çoxmillətli demoqrafik quruluşu və İngiltərənin digər bölgələrindən fərqlənən özünəməxsus problemləri daha geniş muxtariyyət üçün əsas yaratmışdır. Londonun şəhər-dövlətə çevrilməsi ideyası 1990-cı illərdən etibarən müzakirə olunmuşdur və 2014-cü il Şotlandiyanın müstəqilliyi üzrə referendum zamanı yenidən gündəmə gəlmişdir.
İstinadlar
Kateqoriya:Böyük London