Namiq Rəsul oğlu Zeynalov () — Azərbaycan dövlət xadimi, 2018–2020-ci illərdə Cəlilabad Rayonu İcra Hakimiyyətinin başçısı. O, vəzifədən azad edildikdən sonra korrupsiya ittihamları ilə həbs olunmuşdur.
Karyerası Namiq Zeynalov Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı təyin olunmazdan əvvəl Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəis müavini vəzifəsində çalışmışdır. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 6 fevral 2018-ci il tarixli sərəncamı ilə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdir. 8 dekabr 2020-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə vəzifəsindən azad edilmişdir. O, Əziz Əzizovu əvəz etmişdir.
Həbsi 7 dekabr 2020-ci ildə Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Cəlilabad Rayon İcra Hakimiyyətində əməliyyat keçirilmiş, Namiq Zeynalov saxlanılmışdır. 9 dekabrda Səbail Rayon Məhkəməsinin qərarı ilə barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilmişdir. Ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.2 (təkrar mənimsəmə), 179.2.3 (vəzifə mövqeyindən istifadə etməklə mənimsəmə), 179.2.4 (külli miqdarda ziyan vurmaqla mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 (təkrar rüşvət alma), 311.3.3 (külli miqdarda rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülmüşdür. Namiq Zeynalov 2 milyon manatı mənimsəmədə ittiham olunmuşdur.
14 sentyabr 2021-ci il tarixli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Rafiq Cəlilov Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir.https://www.aztv.az/az/news/14897/celilabada-yeni-icra-hakimiyyeti-bashchisi-teyin-edilib#:~:text=Rafiq%20%C6%8Fsg%C9%99r%20o%C4%9Flu%20C%C9%99lilov%20Az%C9%99rbaycan%20Respublikas%C4%B1n%C4%B1n%20%C4%B0qtisadiyyat,C%C9%99lilabad%20Rayon%20%C4%B0cra%20Hakimiyy%C9%99tinin%20ba%C5%9F%C3%A7%C4%B1s%C4%B1%20t%C9%99yin%20edilib .
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 12 il müddətinə azadlıqdan məhrum edilmişdir. 2023-cü ildə Şirvan Apellyasiya Məhkəməsi tərəfindən cəzası 11 il 9 aya endirilmişdir. Hökmə əsasən, onun əmlakları (fərdi yaşayış evləri, avtomobil və torpaq sahələri) dövlət nəfinə müsadirə edilmişdir.
2024-cü ildə övladları tərəfindən müsadirə edilmiş əmlakların geri qaytarılması üçün Ali Məhkəməyə verilən kassasiya şikayəti təmin edilməmişdir.
İstinadlar
Kateqoriya:Azərbaycan siyasətçiləri Kateqoriya:Cəlilabad Rayon İcra Hakimiyyətinin başçıları Kateqoriya:Dövlət Təhlükəsizliyi Xidməti (Azərbaycan) tərəfindən aparılan cinayət işləri