Marçello Qandini (; ) — İtalyan avtomobil dizayneri və mühəndisi.

Həyatı Marçello Qandini 26 avqust 1938-ci ildə Turində aristokratik ailədə anadan olub. Atası əczaçılıq şirkətinə sahib idi və boş vaxtını musiqiyə, orkestrə dirijorluq etməyə həsr edirdi. Marçello Qandini üçün də musiqi karyerası proqnozlaşdırılırdı, lakin bir gün məktəbdən evə gedərkən Amerikanın ön təkərli "Cord 810" (dövrünün ən qeyri-adi və texniki cəhətdən maraqlı avtomobillərindən biri) gördükdən sonra avtomobil dizayneri olmağa qərar verdi. Gandini himself said his design interests prioritised vehicle architecture, construction, assembly, and mechanisms over styling. Məktəbi bitirdikdən sonra idman avtomobillərinin sifarişi ilə məşğul oldu. 1960-cı illərin əvvəllərində o, Cuzeppe Bertone ilə tanış oldu və sonradan ona "Bertone" avtomobil dizayn studiyasında dizayner kimi iş təklif etdi. 1980-ci ildə Bertonedən ayrılaraq sərbəst dizayner kimi karyera qurdu. 1990-cı ildən yalnız kiçik layihələrdə və məsləhətçi kimi çalışıb.

2024-cü ilin yanvar ayında Turin Politexnik Universiteti Qandiniyə mexanika mühəndisliyi üzrə fəxri dərəcə verdi. O, 13 mart 2024-cü ildə Rivolidə 85 yaşında vəfat etdi.

Qalereya

İstinadlar

Xarici keçidlər

Kateqoriya:İtaliya dizaynerləri Kateqoriya:İtaliya şəxsləri