Françesko Klemente (; ) — italyan müasir rəssamıdır. O, müxtəlif dövrlərdə İtaliya, Hindistan və Nyu-York şəhərində yaşayıb. Onun bəzi əsərləri Hindistanın ənənəvi incəsənəti və mədəniyyətindən təsirlənib.[s.n.] (2012). Clemente, Francesco. Grove Art Online. Oxford Art Online. Oxford: Oxford University Press. Accessed April 2017. O, rəsm, freska, qrafika, mozaika, yağlı boya və heykəltəraşlıq da daxil olmaqla müxtəlif bədii vasitələrdə çalışıb.Clemènte, Francesco (in Italian). Enciclopedie on line. Rome: Istituto dell'Enciclopedia Italiana. Accessed March 2017. O, 1980-ci illərdəki İtaliya Transavanqard hərəkatının əsas simalarından biri idi və bu hərəkat Formalizm və konseptual sənətin rədd edilməsi və fiqurativ sənətə və simvolizmə qayıtması ilə xarakterizə olunurdu.Francesco Clemente. Guggenheim. The Solomon R. Guggenheim Foundation. Accessed March 2017.

Həyatı

Klemente 1952-ci ildə İtaliyanın cənubundakı Kampaniya əyalətinin Neapol şəhərində anadan olub. 1970-ci ildə Roma Universiteti olan Sapientsanın memarlıq fakültəsinə daxil olub, lakin orada təhsilini başa vurmayıb. Romada o, təxminən eyni vaxtda şəhərə gələn Luici Ontani və Aligyero Boetti kimi müasir sənətkarlarla, eləcə də orada yaşayan amerikalı Say Tvombli ilə tanış oldu.Alex Bacon (3 May 2013). Francesco Clemente in Conversation with Alex Bacon . Brooklyn Rail. On yaş böyük olan Boetti həm dost, həm də mentor oldu; 1974-cü ildə onlar birlikdə Əfqanıstana səfər etdilər.Francesco Clemente (2012). TateShots: Francesco Clemente on Alighiero Boetti . London: Tate. Accessed April 2017. Ontani ilə birlikdə Klemente "Galleria L'Attico"-da çıxışlar etdi.Matthew Gale ([n.d.]). Ontani, Luigi. Grove Art Online. Oxford Art Online. Oxford: Oxford University Press. Accessed April 2017. Arte povera hərəkatı ilə əlaqəli bu sənətkarlarla yaxından əlaqəsinə və Pino Paskali və Mikelancelo Pistoletto kimi digər sənətkarlara marağına baxmayaraq, Klemente kağız üzərində rəsm çəkməyə üstünlük verirdi. O, uşaqlıq xatirələrinin və xəyallarının mürəkkəblə rəsmlərini çəkdi və 1971-ci ildə ilk solo sərgisində Romadakı "Galleria Giulia"-da kollajlar nümayiş etdirdi.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:23 martda doğulanlar Kateqoriya:1952-ci ildə doğulanlar Kateqoriya:Neapolda doğulanlar Kateqoriya:Əlifba sırasına görə şəxslər Kateqoriya:Əlifba sırasına görə rəssamlar Kateqoriya:İtaliya rəssamları Kateqoriya:Roma Sapientsa Universitetinin məzunları Kateqoriya:İtaliyadan ABŞ-yə mühacirət edənlər