2019-cu ildə İstanbulda baş verən zəlzələ — 26 sentyabr 2019-cu ildə baş verən 5,8 bal gücündə zəlzələ idi və episentri İstanbulun Silivri rayonu sahillərində idi. Panika səbəbindən 43 nəfər yaralandı və ürəktutmasından 1 nəfər həyatını itirdi. Zəlzələ İstanbulda, eləcə də Tekirdağ, Kırklareli, Kocaeli, Yalova və Sakaryada hiss edildi.
Arxa plan Şimali Anadolu(Fay Xətti) qırılma sistemi, Yer kürəsini cənubdan ildə 25 mm-ə qədər sıxan Ərəbistan tavası ilə şimalda demək olar ki, hərəkətsiz Avrasiya tavası, eləcə də qərbə doğru hərəkət edən Anadolu tavası şimal hissəsi arasında yerləşən yüksək aktiv bir sürüşmə qırılma sistemidir. Təxminən 1500 km uzunluğunda olan Şimali Anadolu Fay Sistemi(qırılma xətti) İstanbul şəhərindən təxminən 20 kilometr cənubda yerləşir. Bu fay xətti boyunca vaxtaşırı güclü zəlzələlər baş verir.
Qırılma xətti (Fay xətti) boyunca sonuncu böyük zəlzələlər 1999-cu ildə İzmitdə (7.4 Mvt) və Düzcədə (7.2 Mvt) baş verib. Çoxsaylı seysmoloqlar bildirirlər ki, 2030-cu ilə qədər İstanbulun cənubunda, Mərmərə dənizinin altında yerləşən Şimali Anadolu Fayı(Şimali Anadolu Tektonik Qırılma xətti) hissəsində 7 və ya daha yüksək bal gücündə zəlzələnin baş vermə ehtimalı çox yüksəkdir.
Zəlzələ Əsas zəlzələdən iki gün əvvəl, 24 sentyabrda İstanbulun cənub-qərbində 4,6 bal gücündə zəlzələ baş vermişdi. Zəlzələdən iki saat əvvəl, saat 12:00-da Silivridə 2,9 bal gücündə zəlzələ baş vermişdi.
Türkiyə vaxtı ilə saat 13:59-da Mərmərə dənizinin Silivri sahillərində 6.99 km dərinlikdə, Şimali Anadolu tektonik qırılma sisteminin Kumburqaz hissəsinin qərb ucunda, yan komponent hərəkəti ilə baş vermişdir.Zəlzələnin böyüklüyü, müxtəlif mənbələrdə 5,7 Mw və 5,8 ML olaraq ölçülmüşdür. Zəlzələdən sonra 300-dən çox afterşok baş vermişdir.
Təsirləri Zəlzələdən sonra məktəblər və xəstəxanalar boşaldılıb. İstanbul valisi Əli Yerlikaya məktəblərin gün ərzində bağlandığını açıqlayıb. AFAD zədələnmiş binalara qayıtmamağı məsləhət görüb. Zəlzələdən 25 dəqiqə sonra 4,1 bal gücündə afterşok qeydə alındı.
Prezident Rəcəb Tayyib Ərdoğanın verdiyi ilk açıqlamaya görə, zəlzələdə 8 nəfər yaralanıb. Sonrakı açıqlamalara görə, ürək xəstəliyindən əziyyət çəkdiyi deyilən Meral Okur zəlzələ zamanı infarktdan ölüb və ümumilikdə 43 nəfər panika səbəbindən yaralanıb.
Zəlzələdən sonra 188 afterşok qeydə alındı və bunlardan ən böyüyü 4,1 bal gücündə idi. AFAD qaynar xətti vasitəsilə 473 zədələnmiş bina barədə məlumat verildi. Avcılarda Hacı Əhməd Tükenmez Məscidinin bir minarəsi zəlzələ zamanı uçdu. Fatihdəki İstanbul Universitetinin Stomatologiya Fakültəsi zəlzələdə ağır zərər gördü və ertəsi gün təxliyə edildi. Balatda qoruma altındakı üç bina zədələndi və eyni gündə bələdiyyə briqadaları tərəfindən nəzarətli şəkildə söküldü. Sabiha Gökçen Hava Limanında enişlər uçuş-enmə zolağının zədələnməsini yoxlamaq üçün müvəqqəti olaraq dayandırıldı; uçuş-enmə zolağının təhlükəsizliyi yoxlanıldıqdan sonra hava limanı eniş və qalxış üçün yenidən açıldı. AFAD-ın qiymətləndirmələrinə görə, Biruni Universitetinin qarşısındakı divarlarda çökmələr, bəzi rayonlarda binalarda çatlar və Sultangazi və Eyüpdə iki binada zərər aşkar edildi. Bundan əlavə, Valilik zəlzələdən təsirlənən səkkiz məktəbin söküləcəyini açıqladı.
Tənqidlər Zəlzələdən sonra Türk Telekom, Turkcell və Vodafone şəbəkələrində yüksək trafik səbəbindən mobil telefon səsli rabitəsində fasilələr yarandı. İnformasiya Texnologiyaları və Rabitə İdarəsi 21 fevral 2020-ci ildə yuxarıda adı çəkilən şirkətlərə ümumilikdə 15 milyon 64 min 874 TL məbləğində inzibati cərimə tətbiq etdi.
Zəlzələ zamanı toplanış üçün açılan ərazilər yenidən diqqət mərkəzinə gəldi.
Qeydlər
İstinadlar
Kateqoriya:Türkiyədə zəlzələlər Kateqoriya:26 sentyabrdakı hadisələr Kateqoriya:2019-cu ildəki hadisələr Kateqoriya:2019-cu ildə Türkiyə Kateqoriya:İstanbul Kateqoriya:Mərmərə dənizi