Lev Aleksandroviç Anninski (, ) — sovet və rus ədəbi tənqidçisi, tarixçisi, publisisti, esseisti və 30-dan çox kitabın müəllifi. O, həmçinin ssenarist idi və üç dəfə TEFI mükafatı laureatı (1996 və 2004, iki dəfə) olmuşdur.
Bioqrafiyası
Anninski Rostov-na-Donuda Novo-Anninskaya stanitsasından olan kazak Aleksandr Anninskinin və Ukraynanın Lyubeç şəhərində anadan olan Anna (Xana Zalmanovna) Aleksandrovanın ailəsində anadan olmuşdur.Vladimir Nordwick Lev Anninsky's Last Interview . April 2016 [re-issued 6 November 2019]. Rodina Magazine Nənəsi Bronislava Gerşenoviç 1921-ci ildə Çerniqovda yaşayan İvan Qalakanın dəstəsinin üzvləri tərəfindən yəhudi olduğuna görə kənd yolunda qətlə yetirilmişdir. İlk illərində o, çoxlu oxumuş, əsasən rus klassiklərini və tarix kitablarını, eləcə də Hegel və Kant kimi filosofları oxumuşdur. 1939-cu ildə, beş yaşında ikən, "Tapılan uşaq" (Подкидыш) filmində uşaq bağçası uşağı rolunu canlandıraraq ekrana çıxdı. Anninskinin atası, əvvəlcə məktəb müəllimi, daha sonra Mosfilm prodüseri, 1941-ci ildə müharibəyə gedib və itkin düşüb. Anninskinin illər sonra öyrəndiyi kimi, 1942-ci ilin ortalarında Polotsk yaxınlığında alman aviasiyasının basqını zamanı yaralanıb, əsir düşüb və daha sonra Ukrayna polisi tərəfindən güllələnib. Anninskinin anası ömrünün sonuna qədər texniki kollecdə kimya müəllimi olub.
İstinadlar
Xarici keçidlər
Откровение и сокровение (Revelation and Intimacy). Collection of Anninsky's essays on Afanasy Fet, Nikolai Leskov (Leskovian Neclkace), Maxim Gorky and Andrey Platonov (Revelation and Intimacy), Alexander Solzhenitsyn, Viktor Astafyev and Vasily Grossman. (In Russian)
Kateqoriya:7 apreldə doğulanlar Kateqoriya:1934-cü ildə doğulanlar Kateqoriya:Rostov-na-Donuda doğulanlar Kateqoriya:6 noyabrda vəfat edənlər Kateqoriya:2019-cu ildə vəfat edənlər Kateqoriya:Moskvada vəfat edənlər Kateqoriya:Əlifba sırasına görə şəxslər Kateqoriya:Əlifba sırasına görə alimlər Kateqoriya:Rusiya ədəbi tənqidçiləri Kateqoriya:SSRİ yəhudiləri Kateqoriya:Rusiya ədəbiyyatşünasları Kateqoriya:Gündəlik müəllifləri Kateqoriya:XXI əsr publisistləri Kateqoriya:Rusiya film tənqidçiləri Kateqoriya:Rusiya kinoşünasları Kateqoriya:Rusiya romançıları