Əmiraslanlı — Azərbaycan Respublikasının Gədəbəy rayonunun Əmiraslanlı kənd inzibati ərazi dairəsində kənd. 24 iyun 2005-ci il tarixli 954-IIQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Gədəbəy rayonunun Əmiraslanlı kəndi Şəkərbəy kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Əmiraslanlı kənd inzibati ərazi dairəsi yaradılmışdır.

Toponimikası Yaşayış məntəqəsini XX əsrin 20-ci illərində Emir kəndindən çıxmış cinaboy nəslindən olan Əmiraslan adlı şəxs salmışdır. Oykonim Əmiraslan (şəxs adı) və -lı (mənsubluq bildirir) komponentlərindən düzəlib, "Əmiraslana məxsus kənd" mənasındadır.

Tarixi

Coğrafiyası və iqlimi Kənd dağətəyi ərazidə yerləşir.

Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 619 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629

İqtisadiyyatı Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.

İstinadlar

Həmçinin bax

Kateqoriya:Gədəbəy rayonunun kəndləri