Şəkərbəy — Azərbaycan Respublikasının Gədəbəy rayonunun Şəkərbəy kənd inzibati ərazi dairəsində kənd.

Tarixi Şəkərbəy Azərbaycanın qədim bölgələrindən olan Gədəbəyin ən böyük kəndlərindən biridir.

Toponimikası Dağətəyi ərazidədir. Yaşayış məntəqəsi Şəkərbəy dağının ətəyində salındığı üçün belə adlandırılmışdır. Oykonim Şəkərbəyli variantında da qeydə alınmışdır.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427

Əhalisi Əhalisi Azərbaycan türklərinin ibarətdir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 937 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629

İqtisadiyyatı Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.

Həmçinin bax Gədəbəy rayonu

Xarici keçidlər Azərbaycan Respublikası Gədəbəy Rayon İcra Hakimiyyəti

İstinadlar

Kateqoriya:Gədəbəy rayonunun kəndləri