Azər İsmayıl oğlu Mursaqulov () — Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri (2026-cı ildən).
Həyatı 1981-ci ildə anadan olub. 2003-cü ildə Türkiyənin Boğaziçi Universitetinin məzunu olub. ABŞ-nin Corciya Universitetində iqtisadiyyat üzrə Fəlsəfə Doktoru elmi dərəcəsi alıb. 2010-cu ildən 2012-ci ilə qədər Beynəlxalq Valyuta Fondunun baş qərargahında Fondun icraçı direktorunun müşaviri vəzifəsində çalışıb. 2012–2019-cu illərdə Maliyyə Nazirliyində müxtəlif vəzifələr tutub. 2019-cu ildən Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyinin direktoru olub. Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2026-cı il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri təyin edilib. 15 aprel 2026-cı ildə Əli Əsədov onun Dövlət Statistika Komitəsi yanında Statistika Şurasının sədri təyin olunması haqqında qərar imzalayıb.
Ailəsi 20 Yanvar şəhidi, professor İsmayıl Mursaqulovun oğludur.
İstinadlar
Kateqoriya:Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədrləri