Azərbaycanın Pakistandakı səfirliyi — Azərbaycan Respublikasının Pakistan İslam Respublikasında diplomatik nümayəndəliyi.
Səfirlik Azərbaycanın rəsmi nümayəndəliyi olaraq iki ölkə arasında diplomatik münasibətlərə aid bütün məsələləri əhatə edir. Azərbaycan Respublikasını Pakistanda siyasi, iqtisadi, maliyyə və hüquqi məsələləri, eləcə də elm, təhsil və mədəniyyət sahələrində maraqlarını təmsil edir. Hər iki ölkə İslam Əməkdaşlıq Təşkilatının daimi üzvləridir.
2021-ci ildən Azərbaycanın Pakistanda Fövqaladə və səlahiyyətli səfiri Xəzər Fərhədovdur.X.N.Fərhadovun Azərbaycan Respublikasının Pakistan İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Pakistan Respublikasının Azərbaycanda səfiri Qasım Mohiuddindir.İlham Əliyev Pakistanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Haqqında Pakistan İslam Respublikası Azərbaycan Respublikasının müstəqilliyini 12 dekabr 1991-ci il tarixində tanımışdır. İki ölkə arasında diplomatik əlaqələr 9 iyun 1992-ci ildə qurulub.Azərbaycan - Pakistan münasibətləri
Pakistan İslam Respublikasının Bakıdakı səfirliyi 12 mart 1993-cü ildə açılıb.
Azərbaycan Respublikasının İslamabadda səfirliyi 24 avqust 1997-ci ildə təsis edilmişdir.
Parlamentlərarası əlaqələri Azərbaycan Milli Məclisində Azərbaycan-Pakistan parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir.Azərbaycan-Pakistan parlamentlərarası əlaqələr üzrə işçi qrupu
Pakistan Senatında Pakistan-Azərbaycan Parlament Dostluq Qrupu yaradılıb.Azərbaycan və Pakistan parlamentarilərinin onlayn görüşü keçirilib
Səfirlər Azərbaycanın Pakistanındakı səfiri Azərbaycan Respublikasını Pakistan İslam Respublikasında təmsil edən ən yüksək diplomatik vəzifəli şəxsdir.
Səfir Müddət başlanğıcı Müddətin sonuİsfəndiyar Vahabzadəİ. B. Vahabzadənin Azərbaycan Respublikasının Pakistan İslam Respublikasında Fövqəladə və Səlahiyyətli Səfiri təyin edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI 19971999Eynulla Mədətli20022010Daşqın ŞikarovD.M.Şikarovun Azərbaycan Respublikasının Pakistan İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı 2011Daşqın Şikarov ölkəmizin Pakistandakı səfiri təyin olunub2015Əli Əlizadə2016Ə.F.Əlizadənin Azərbaycan Respublikasının Pakistan İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı2021Ə.F.Əlizadənin Azərbaycan Respublikasının Pakistan İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Xəzər Fərhadov2021
Viza Pakistan vətəndaşları Azərbaycana səfər etmək üçün “ASAN Viza” sistemi vasitəsilə elektron viza almalıdırlar. e-Viza verilən ölkələrElektron vizaların verilməsi ilə bağlı şərtlər
Digər növ vizalar üçün — rəsmi, iş, təhsil, biznes və digər məqsədlər üçün səfirliyə müraciət edilməlidir.
Hər iki ölkənin vətəndaşları üçün viza cəmi bir neçə saat ərzində verilir. Vizasız gediş-gəliş rejimi tətbiq olunan ölkələr
Azərbaycan vətəndaşları Pakistanı ziyarət etmək üçün elektron viza (e-viza) almalıdırlar.
İstinadlar
Xarici keçidlər
Azərbaycanin Pakistandaki səfirliyi Rəsmi sayti Pakistanin Azərbaycandaki səfirliyi Rəsmi sayti
Kateqoriya:Pakistan Kateqoriya:Diplomatik nümayəndəliklər Kateqoriya:Pakistanın xarici siyasəti Kateqoriya:Azərbaycanın xarici siyasəti Kateqoriya:Azərbaycan–Pakistan münasibətləri Kateqoriya:Azərbaycanın diplomatik nümayəndəlikləri Kateqoriya:Azərbaycanın Pakistandakı səfirləri Kateqoriya:Azərbaycanın ikitərəfli əlaqələri Kateqoriya:Pakistanın ikitərəfli əlaqələri