Qızıl dziqa () — Ukrayna kinematoqrafiyasının inkişafındakı peşəkar nailiyyətlərə görə təqdim edilən Ukrayna milli kino mükafatı. Ukrayna Kino Akademiyası tərəfindən 2017-ci ildə təsis edilmişdir. Mükafatın ilk təqdimetmə mərasimi 20 aprel 2017-ci il tarixdə Kiyev şəhərindəki "Fairmont Grand Hotel"də baş tutmuşdur.Лілія Зінченко. Оголошено переможців української кінопремії «Золота дзиґа». Детектор медіа. 20.04.2017. Процитовано 21.04.2017.

Seçim Birinci Milli Kino Mükafatı üçün filmlərin qəbulu 20 fevral 2017-ci il tarixdən 20 mart 2017-ci il tarixədək davam etmişdir. Seçim prosesində iştirak etmək üçün 1 yanvar 2016-cı il tarixdən 31 dekabr 2016-cı il tarixdək nümayiş olunmuş filmlər qəbul edilmişdir. Birinci Milli Kino Mükafatı uğrunda mübarizə aparan filmlərin tam siyahısına 54 ekran əsəri daxil edilmişdir ki, bunlardan 12-si tammetrajlı bədii, 15-i qısametrajlı bədii, 19-u sənədli və 8-i animasiya filmi olmuşdur. Ümumilikdə müsabiqəyə 76 film təqdim edilmiş, namizədlər filmlərin onlayn nüsxələrinə qapalı qeyri-kommersiya baxışı vasitəsilə müəyyən olunmuşdur.⁣Національна Кінопремія: оголошено longlist номінантів на офіційному сайті Національної кіноакадемії. Процитовано 06.04.2017

Birinci Milli Kino Mükafatının qalibləri Kino Akademiyasının bütün üzvləri tərəfindən üçmərhələli səsvermə yolu ilə seçilmişdir. Hazırda isə kino mükafatının qalibləri Ukrayna Kino Akademiyası üzvlərinin ikimərhələli səsverməsi ilə müəyyən edilir. 3 aprel 2017-ci il tarixdə Kino Akademiyasının İdarə Heyəti Birinci Milli Kino Mükafatı üçün 17 nominantdan ibarət qısa siyahını ictimaiyyətə təqdim etmişdir.Номінанти на офіційному сайті Української кіноакадемії. Процитовано 06.04.2017

Nominasiyaları "Qızıl Dziqa" mükafatı 2020-ci il tarixinə olan məlumata əsasən aşağıdakı 22 kateqoriya üzrə təqdim edilmişdir:Український «Оскар» отримав фільм «Мої думки тихі» lviv.ua 04.05.2020

Ən yaxşı film Ən yaxşı rejissor işi (Yuri İlyenko adına mükafat) Baş rolda ən yaxşı kişi aktyor Baş rolda ən yaxşı qadın aktyor İkinci planda ən yaxşı kişi aktyor İkinci planda ən yaxşı qadın aktyor Ən yaxşı operator işi Ən yaxşı rəssam işi (ssenoqrafiya) Ən yaxşı ssenari Ən yaxşı bəstəkar Ən yaxşı sənədli film Ən yaxşı animasiya filmi Ən yaxşı qısametrajlı film Ən yaxşı qrim rəssamı (2018-ci ildən) Ən yaxşı geyim rəssamı (2018-ci ildən) Ən yaxşı səs rejissoru (2018-ci ildən) Ən yaxşı mahnı (2019-cu ildən) Ən yaxşı vizual effektlər Ən yaxşı montaj (2019-cu ildən) İlin kəşfi Ukrayna kinematoqrafiyasının inkişafına verilən töhfəyə görə Tamaşaçı rəğbəti mükafatı (2018-ci ildən)

Simvolu Milli Kino Mükafatının əsas rəmzi Ukrayna kinematoqrafiyasının sürətli və dayanmadan davam edən inkişafını təmsil edən "Qızıl dziqa" statuetidir.В Україні створено Національну кіноакадемію та кінопремію «Золота дзиґа» // ДМ, 20 лютого 2017 Bundan əlavə, mükafatın adı kinematoqrafçı Dziqa Vertovun yaradıcılıq irsinə ehtiramın ifadəsi kimi qəbul edilmişdir.В Україні створено Національну кіноакадемію та кінопремію «Золота дзиґа» // ДМ, 20 лютого 2017 Dziqa Vertov əsl adı David Abeloviç Kaufman olan sənətkarın təxəllüsüdür. 1896-cı il tarixdə Belostokda anadan olmuş və 1954-cü il tarixdə Moskvada vəfat etmiş D.A. Kaufman, sənədli kino sahəsində tanınmış novatorlardan biri hesab olunur. Onun 1929-cu il tarixdə çəkdiyi "Kinokameralı adam" filmi Britaniyanın "Sight & Sound" jurnalı tərəfindən bütün dövrlərin ən yaxşı sənədli filmi kimi qiymətləndirilmişdir.

Mükafatın adının müəllifi "Media Group Ukraine" şirkətinin strateji marketinq direktoru Olqa Zaxarovadır. Statuetin dizaynı ukraynalı rəssam Nazar Bilık tərəfindən hazırlanmışdır. N. Bilık "Qızıl Dziqa" rəmzini kinematoqrafiyanı təmsil edən, dinamik şəkildə fırlanan lent çərçivəsindən ibarət qızılı dördbucaqlı kimi təsvir etmişdir. Statuet formasına görə burulğan, alov və ya yeni cücərtini xatırladır ki, bu da milli kinonun inkişafını və yenilənməsini simvolizə edir.Національна Кінопремія презентує головний символ — статуетку «Золота Дзиґа» на офіційному сайті Національної кіноакадемії. Процитовано 12.04.2017

Mərasimlər

Mərasim Tarix Qalib Yer Ev sahibi I 20 aprel 2017The Nest of the TurtledoveСтрічка «Гніздо горлиці» перемогла в номінації «Найкращий фільм». Офіційний сайт Української кіноакадемії. 21.04.2017. Процитовано 21.04.2017. Kiyev, Fairmont Grand Hotel Kyiv Aleksandr SkiçkoВедучим церемонії вручення Першої Національної Кінопремії стане Олександр Скічко. Офіційний сайт Української кіноакадемії. 9.03.2017. Процитовано 11.03.2017. II 20 aprel 2018Національну кінопремію «Золота Дзиґа» вручатимуть у 4 нових номінаціях. Архів оригіналу за 13 жовтень 2017. Процитовано 13 жовтень 2017.Cyborgs: Heroes Never DieДаша Плахтій, Вячеслав Довженко, Наталя Ворожбіт та інші - лауреати кінопремії «Золота Дзиґа». Офіційний сайт Української кіноакадемії. 20.04.2018. Архів оригіналу за 08.08.2018. Процитовано 22.04.2018. Kiyev, Parkovy Convention and Exhibition Center Axtem Seytablayev və Vasilisa FrolovaВедучими «Золотої Дзиґи» стануть Ахтем Сеітаблаєв і Василіса Фролова. Детектор медіа. 27 лютого 2018. Процитовано 1.03.2018. III 19 aprel 2019Прийнято регламент Третьої Національної кінопремії України "Золота Дзиґа". Офіційний веб-сайт Української кіноакадемії. 20.11.2018. Процитовано 21.11.2018.DonbassЛілія Зінченко. Оголошено переможців кінопремії «Золота Дзиґа 2019» (ПОВНИЙ ПЕРЕЛІК). Детектор медіа. 19.04.2019. Процитовано 19.04.2019. Kiyev, Parkovy Convention and Exhibition Center Dariya Trequbova və Oleq PanyutaВедучими «Золотої Дзиґи 2019» стануть Дар'я Трегубова та Олег Панюта. Детектор медіа. 18 лютого 2019. Процитовано 19.02.2019. IV 3 may 2020 Онлайн-церемонія четвертої національної кінопремії «Золота Дзиґа» пройде 3 травня. Офіційний сайт Української кіноакадемія. 06.04.2020. Процитовано 06.04.2020.My Thoughts Are Silent onlayn Darya Trequbova və Timur MiroşnıçenkoВедучими онлайн-церемонії вручення Четвертої Національної кінопремії стануть Дар'я Трегубова та Тімур Мірошниченко. Офіційний сайт Української кіноакадемія. 24.04.2020.

İstinadlar

Xarici keçidlər

Національна кінопремія Регламент Другої національної кінопремії Регламент Третьої національної кінопремії Регламент Четвертої Національної кінопремії

Kateqoriya:2017-ci ildə təsis edilmiş mükafatlar Kateqoriya:Ukrayna kinematoqrafı Kateqoriya:Ukraynada əyləncə