Selçuk Yöntem () - Türkiyəli aktyor və rejissor. Qurtlar Vadisi adlı televiziya serialında canlandırdığı Aslan Akbey obrazı ilə geniş tamaşaçı kütləsi tərəfindən tanınmışdır.
Həyatı və Fəaliyyəti Selçuk Yöntəm 13 iyul 1953-cü ildə İstanbulun Eyüpsultan rayonunda, Ərzurumlu ana və Sakaryalı atanın ailəsində dünyaya gəlmişdir. Orta təhsilini Terakki Liseyində almışdır. Daha sonra Ankara Dövlət Konservatoriyasının Teatr üzrə ali bölməsində təhsil almış və həmin təhsil müəssisəsini bitirmişdir.
Selçuk Yöntəm 1977-ci ildə Ankara Dövlət Teatrında fəaliyyətə başlamışdır. Rejissor kimi ilk işlərindən biri 1994-cü ildə İrfan Yalçının “Aşağıdakılar” əsərinin səhnələşdirilməsi olmuşdur. 1995-ci ildə isə Savaş Dinçelin “Gürültülü Patırtılı Bir Hikâye” tamaşasına quruluş vermiş və bu işinə görə “Tərifəlayiq rejissor” mükafatına layiq görülmüşdür. 1997–1998 teatr mövsümündə Haldun Tanerin “Ay Işığında Şamata” əsərini səhnəyə qoymuşdur.
Aktyor kimi də müxtəlif mükafatlar qazanmışdır. 1986–1987 teatr mövsümündə “Dörd fəsil” tamaşasındakı roluna görə “Tərifəlayiq kişi aktyor”, 1988–1989 mövsümündə “Pendirli Yumurta” tamaşasına görə “Ən yaxşı kişi aktyor”, 1990–1991 mövsümündə isə “Dəli Dumrul” tamaşasındakı roluna görə “Ulvi Uraz – ən yaxşı kişi aktyor” mükafatlarını almışdır.
Səhnə fəaliyyətindən əlavə, TRT İstanbul Radiosu tərəfindən hazırlanan radio tamaşalarında da iştirak etmişdir. Kino və televiziya sahəsində də fəaliyyət göstərən Yöntəm “C Blok” filmi ilə “ən yaxşı ikinci plan kişi aktyor” mükafatına layiq görülmüşdür. “Deli Yürek” serialı və filmindəki Bozo obrazından sonra isə 2003–2004-cü illərdə yayımlanan “Kurtlar Vadisi” serialında Aslan Akbey obrazını canlandırmışdır.
2008–2010-cu illərdə yayımlanan “Aşk-ı Memnu” serialında Adnan Ziyagil obrazını canlandıraraq baş rollardan birini ifa etmişdir. Bundan əlavə, 400-dən çox buraxılışı yayımlanan “Büyük Risk” adlı intellektual yarışmanı əvvəlcə Star TV-də, daha sonra isə Show TV-də aparmışdır.
2013–2014-cü illərdə atv kanalında yayımlanan “Bugünün Saraylısı” serialında Ata Katipoğlu rolunu ifa etmişdir. 2014–2017-ci illərdə “Kim Milyoner Olmak İster?” yarışmasının aparıcısı olmuş, 2017–2018-ci illərdə isə FOX kanalında yayımlanan “Milyonluk Resim” adlı yarışma proqramını təqdim etmişdir.
Karyerası Rol aldığı teatr tamaşaları 1972: Yanlışlıklar Komedyası — William Shakespeare — Ankara Dövlət Teatrı 1973: İstanbul Efendisi — Musahipzade Celal — Ankara Dövlət Teatrı 1977: Topuz — Hidayet Sayın — Ankara Dövlət Teatrı 1978: Othello — William Shakespeare — Ankara Dövlət Teatrı 1979: Bir Umut İçin (Montserrat) — Emmanuel Robles — Ankara Dövlət Teatrı 1979: Çavuş Musgrave'ın Davası — John Arden — Ankara Dövlət Teatrı 1980: Kurban — Güngör Dilmen — Ankara Dövlət Teatrı 1981: Yaban Ördeği — Henrik İbsen — Ankara Dövlət Teatrı 1982: Üç Qız Qardaş — Anton Çexov — Ankara Dövlət Teatrı 1982: Yine Başladılar Şarkılarına — Max Frisch — Ankara Dövlət Teatrı 1983: Ak Tanrılar — Güngör Dilmen — Ankara Dövlət Teatrı 1985: Hırçın Kız — William Shakespeare — Ankara Dövlət Teatrı 1986: Dört Mevsim — Arnold Wesker — Ankara Dövlət Teatrı 1986: Keşanlı Ali Destanı — Haldun Taner — Ankara Dövlət Teatrı 1987: Ay Işığında Şamata — Haldun Taner — Ankara Dövlət Teatrı 1988: Peynirli Yumurta — Ferenc Karinthy — Ankara Dövlət Teatrı 1989: Sevgili Palyaço — George Bernard Shaw, Patrick Campbell və Jerome Kilty — Ankara Dövlət Teatrı 1990: Beğendiğiniz Gibi — William Shakespeare — Ankara Dövlət Teatrı 1990: Deli Dumrul — Güngör Dilmen — Ankara Dövlət Teatrı 1995: Ben Feuerbach — Tankred Dorst — Ankara Dövlət Teatrı 1999: Karşı Penceredeki Kadın — Yavuz Özkan — Sadri Alışık Teatrı 2000: Bir Kış Öyküsü (Buzlar Çözülmeden) — Cevat Fehmi Başkut 2001: Dolunay Katili — Sadri Alışık Teatrı 2003: Fernando Krapp Bana Mektup Yazmış — Tankred Dorst — Akbank Sanat Prodüksiyon Tiyatrosu 2006: Gece Mevsimi — Rebecca Lenkiewicz — Kent Oyuncuları 2007: Koca Bir Aşk Çığlığı — Josiane Balasko — Aysa Prodüksiyon Tiyatrosu 2010: Vanya Dayı — Anton Çexov — Tiyatro Pera 2020: Amadeus — Antonio Salieri rolu — Sadri Alışık Kültür Mərkəzi və Piu Entertainment
Rejissoru olduğu tamaşalar 1993: Aşağıdakiler — İrfan Yalçın — İstanbul Dövlət Teatrı 1995: Gürültülü Patırtılı Bir Hikâye — Savaş Dinçel — Ankara Dövlət Teatrı 1997: Ay Işığında Şamata — Haldun Taner — İstanbul Dövlət Teatrı 1999: Keşanlı Ali Destanı — Haldun Taner — Konya Dövlət Teatrı
Filmoqrafiya İl Layihə Rol Qeyd 1991 Suyun Öte Yanı Bədii film 1993 Süper Baba Celal Televiziya serialı 1993 Yaz Yağmuru Bədii film 1993 C-Blok Selim Bədii film 1994 Şehnaz Tango Televiziya serialı 1996 İstanbul Kanatlarımın Altında Bədii film 1998 Deli Yürek Bozo Televiziya serialı 2000 Şaşıfelek Çıkmazı Hilmi Televiziya serialı 2001 Deli Yürek: Bumerang Cehennemi Bozo Bədii film 2003–2004 Kurtlar Vadisi Aslan Akbey Televiziya serialı 2005 Banyo Adnan Bədii film 2006 Pars: Kiraz Operasyonu Kadir Zebari Bədii film 2008 Devrim Arabaları Latif Bədii film 2008–2010 Aşk-ı Memnu Adnan Ziyagil Televiziya serialı 2011 Celal Tan ve Ailesinin Aşırı Acıklı Hikayesi Celal Tan Bədii film 2013 Bugünün Saraylısı Ata Kâtipoğlu Televiziya serialı 2014–2017 Kim Milyoner Olmak İster? Aparıcı Televiziya proqramı 2017 The Ottoman Lieutenant Melih Paşa Xarici film 2021 Reflection Saint Sodom Bədii film 2022 Yakamoz S-245 Asil İnternet serialı 2023 Sevda Mecburi İstikamet Selim Erensoylu Bədii film 2025 Leyla: Hayat… Aşk… Adalet... Vedat Köroğlu Televiziya serialı
Mükafatları 1987 — “Dörd Mevsim”, Ankara Sənət Qurumu – Övgüyə dəyər kişi aktyor mükafatı 1989 — “Peynirli Yumurta”, Ankara Sənət Qurumu – Ən yaxşı kişi aktyor mükafatı 1991 — “Deli Dumrul”, Ulvi Uraz mükafatı – Ən yaxşı kişi aktyor 1994 — “Yaz Yağmuru”, Sinema Yazarları Dərnəyi – Ən yaxşı ikinci plan kişi aktyor 1995 — “Gürültülü Patırtılı Bir Hikâye”, Ankara Sənət Qurumu – Övgüyə dəyər rejissor mükafatı 1997 — “Ben Feuerbach”, Beynəlxalq Lions Birliyi mükafatı 1997 — “C Blok”, SİYAD – Ən yaxşı ikinci plan kişi aktyor 2004 — “Fernando Krapp Bana Mektup Yazmış” – İlin ən yaxşı kişi aktyoru 2006 — “Gece Mevsimi”, 10-cu Afife Teatr Mükafatları – Ən yaxşı ikinci plan kişi aktyor 2006 — “Gece Mevsimi” – İlin ən yaxşı kişi aktyoru 2009 — “Devrim Arabaları”, 14-cü Sadri Alışık Teatr və Kino Mükafatları – Ən yaxşı kişi aktyor 2010 — “Aşk-ı Memnu”, 1-ci İsmail Cem Televiziya Mükafatları – Ən yaxşı ikinci plan kişi aktyor 2011 — Cüneyt Gökçer mükafatı – İlin ən yaxşı kişi aktyoru 2014 — “Büyük Risk”, Magazin Jurnalistlər Dərnəyi – Ən yaxşı televiziya aparıcısı 2014 — “Büyük Risk”, Altın Kelebek Ödülleri – Ən yaxşı yarışma proqramı aparıcısı 2020 — 20-ci Beynəlxalq Frankfurt Türk Film Festivali – Fəxri mükafat Mənbələr
Kateqoriya:Türkiyənin televiziya aparıcıları Kateqoriya:Türkiyənin televiziya aktyorları Kateqoriya:Türkiyə teatr aktyorları Kateqoriya:Türkiyə film aktyorları Kateqoriya:Türkiyə kişi film aktyorları