thumb|Media Futbol Liqasının banisi Nikolay Osipov Media Futbol Liqası () — media komandaları üçün Rusiya futbol turniridir.
Tarixi Nikolay Osipov Media Futbol Liqasını 2022-ci ildə təsis etmişdir.
İkinci mövsüm ərzində Osipov narıncı ot örtüyü olan öz stadionunun tikiləcəyini elan etdi. 2022-ci ilin oktyabr ayında Media Futbol Liqasının ikinci divizionunun olacağı məlum oldu. Həmin ayın sonunda Media Futbol Liqasının "Matç TV" kanalında yayımlanmağa başlaya biləcəyi ilə bağlı xəbərlər də peyda oldu.
Liqanın 2022-ci ilin aprel ayından iyul ayına qədər davam edən ilk mövsümündə "2DROTS", "Roma" Həvəskar Futbol Klubu, "Starmix", "Na Sporte", "Match TV", "Basement", "Art" Futbol Klubu, "SD Family", "Reality" və "Broke Boys" iştirak etmişdir. Yekunda, 10 iyul tarixində VTB Arenada 11 min tamaşaçının iştirakı ilə baş tutan finalda "2DROTS" "Basement" komandasına 4:0 hesabı ilə qalib gələrək liqanın çempionu oldu və 5 milyon rubl məbləğində mükafat qazandı. Bundan sonra Rusiya Premyer Liqasının icraçı prezidenti Aleksandr Alayev bildirdi ki, liqanın qalibi Rusiya Kubokunda iştirak etmək hüququ qazana bilər.
Liqanın ikinci mövsümündə komandalar iki qrupa bölündü: A qrupuna "Reality", "Roma" Həvəskar Futbol Klubu, "Amkal", "Na Sporte", "Bay Begi", "Tamo Junto", "Rodina Media", "10" Futbol Klubu və "Broke Boys"; "B" qrupuna isə "Dengi" Futbol Klubu, "Watch TV" (keçmiş "Match TV"), "Goats", "SD Family", "Rubin" Mini-Futbol Klubu ("Rubin Kazan" Futbol Klubunun media komandası), "2DROTS", "Egrisi", "Fight Nights" və "Our guys" daxil edildi. "Dengi" Futbol Klubu və "Goats" liqaya Sports.ru portalında azarkeşlər arasında keçirilən səsvermə yolu ilə düşdülər. Liqa və komandalarla sponsorluq müqavilələri formasında ikinci mövsüm bukmeker şirkətləri tərəfindən təxminən 250 milyon rubl məbləğində maliyyələşdirilmişdir. Titul sponsoru "Winline" olmuşdur.
Mövsüm 16 sentyabr 2022-ci ildə başladı. İkinci turdan sonra media Rusiya tərəfindən Ukraynanın işğalının irəliləyən mərhələlərinə hazırlıq çərçivəsində elan edilmiş qismən səfərbərlik səbəbindən bir sıra komanda üzvlərinin klubları tərk etdiyini bildirdi. "2DROTS" və "Rodina Media" arasındakı final matçı 3 dekabr tarixində "Krasnodar" Futbol Klubunun Akademiyasının stadionunda keçirildi (yarımfinallar da noyabrın 29-u və 30-da orada keçirilmişdi). Əsas vaxtda matç 1:1 hesabı ilə heç-heçə başa çatdı və penalti zərbələri seriyasını 3:1 hesabı ilə "2DROTS" qazandı. Komanda qələbəyə görə 7,5 milyon rubl əldə etdi. İkinci mövsüm başa çatdıqdan sonra Nikolay Osipov üçüncü mövsümün 2023-cü ilin aprelindən iyuluna qədər keçirilməsinin planlaşdırıldığını elan etdi.
Finallar +MövsümTarixÇempionHesabFinalçıStadionTamaşaçı110 iyul 2022"2DROTS"4:0"Basement"VTB Arena11.00023 dekabr 2022"2DROTS"1:1 (3:1)"Rodina Media""Krasnodar" Futbol Klubunun Akademiyası7.50031 iyul 2023"Rodina Media"3:1"2DROTS"Lujniki stadionu21.000422 oktyabr 2023"Titan"1:1 (4:3)"Broke Boys"Volqoqrad Arena22.000515 iyul 2024"Broke Boys"3:0"2DROTS"VEB Arena27.000
Rəylər "Sport Ekspress" qəzetinin müxbiri Vladislav Zimaqulov Media Futbol Liqasını "uğurlu olan" "riskli layihə" adlandırdı. "Komsomolskaya Pravda"dan Anton Zinkovski yazırdı ki, "Media Futbol Liqası Rusiya idman dünyasında ən çox müzakirə olunan hadisədir".
İstinadlar
Kateqoriya:Rusiyada futbol