Ronen Berqman () — israilli araşdırmaçı jurnalist və yazıçı. O, "The New York Times" jurnalının Təl-Əvivdə yaşayan əməkdaşı və "Yedioth ahronoth" qəzetinin baş siyasi və hərbi analitikidir.

O, əvvəllər "Haaretz" üçün çalışmışdır.

Onun işi Qəzza müharibəsini işıqlandırdığına görə "The New York Times" qəzetinin 2024-cü il Pulitser mükafatını qazanmasına töhfə vermişdir.

Bioqrafiya Berqmanın valideynlərinin hər ikisi Holokostdan sağ qurtulmuşdur.

Berqman hərbi xidmətini İsrail Müdafiə Qüvvələrinə aid Hərbi Polis Korpusunun kəşfiyyat bölməsində keçirib. Hərbi xidmətdən sonra Hayfa Universitetində hüquq təhsili almış, fərqlənmə diplomu ilə məzun olmuş və İsrail Vəkillər Kollegiyasına qəbul edilmişdir. Daha sonra Britaniyanın Kembric şəhərindəki Korpus Kristi Kollecində təhsil almış, beynəlxalq münasibətlər üzrə fəlsəfə magistri və tarix üzrə doktorluq dərəcəsi almışdır. "İsrail və Afrika: hərbi və kəşfiyyat əlaqələri" onun doktorantura dissertasiyasının adıdır.

Kitabları

"Authority Granted", 2002 (tərcümədə adı: Səlahiyyət verildi) "Moment of Truth", 2003 (tərcümədə adı: Həqiqət anı) "Point Of No Return", 2007 (tərcümədə adı: Geri Qayıdış Olmayan Nöqtə) "The Secret War With Iran", 2008 (tərcümədə adı: İranla gizli müharibə) "By Any Means Necessary", 2009 (tərcümədə adı: Lazım olan hər hansı bir vasitə ilə) "Operation Red Falcon", 2015 (tərcümədə adı: Qırmızı Şahin Əməliyyatı) "Rise and Kill First: The Secret History of Israel's Targeted Assassinations", 2018 (tərcümədə adı: Birinci ayağa qalx və öldür: İsrailin hədəfli sui-qəsdlərinin gizli tarixçəsi)

Mükafatları

1995-ci ildə "Bney Brit Worlds Center" Jurnalistika mükafatı. 1996-cı ildə Ən Yaxşı Hekayəyə görə Haaretz mükafatı. 2017-ci il "Əbu Kəbir Məhkəmə Tibbi Ekspertizası İnstitutunda baş verənlərdən tutmuş çiçək xəstəliyinə qarşı təhlükəli peyvənd qalmaqalına, Yom Kippur müharibəsinin rabitə lentlərinin açıqlanmasına və Mossadın keçmiş rəhbəri Meir Daqan ilə son söhbətlərə qədər bir sıra vacib və cəsarətli jurnalist ifşalarına" görə Sokolov mükafatı.Turgeman, Meir (June 26, 2017). Journalist Ronen Bergman wins Sokolow Prize. Ynet. 2017 Pol Harris mükafatı. Asiya Media Sahibləri Assosiasiyası tərəfindən 2021-ci il üçün xüsusi təşəkkür. Qəzza müharibəsi ilə bağlı bir sıra araşdırmalar və açıqlamalara görə 2024-cü ildə Beynəlxalq Reportaj üzrə Pulitzer mükafatını qazanan "The New York Times" komandasının üzvü.

İstinadlar

Kateqoriya:İsrail jurnalistləri Kateqoriya:İsrailin televiziya aparıcıları Kateqoriya:Təl-Əviv Universitetinin müəllimləri Kateqoriya:Polşa-yəhudi əsilli İsrail şəxsləri Kateqoriya:İsrailin qeyri-bədii əsər yazan yazıçıları Kateqoriya:İsrail əsgərləri