"İsrailə ölüm", həmçinin "Məhv olsun İsrail" – İranda daha geniş istifadə olunan, İsrail əleyhinə siyasi şüar.

İranda Hər il iranlı zəvvarlar Həcc ziyarəti ritualları və "müşriklərdən təbərrü" mərasimi zamanı "İsrailə ölüm" şüarını səsləndirirlər. Bu şüar xüsusilə Qüds Günündə nümayişçilər tərəfindən İsrailə qarşı şüar olaraq istifadə edilir və çox vaxt İsrail bayrağının yandırılması ilə müşayiət olunur. This slogan has also been used in the atmosphere of the Islamic Consultative Assembly of Iran. Sözügedən şüardan İranın İslam Şurası Məclisinin iclaslarında da istifadə edilmişdir. Mahmud Əhmədinəjadın prezidentliyi dövründə İranın raket təlimlərindən yayımlanan videoçarxda maketlərə atılan ballistik raketlərin üzərinə "İsrailə ölüm" şüarının yazıldığı nümayiş olunmuşdur. İranda bu şüar sadəcə ritorik xarakter daşımır, hökumətin İsrailin regiondakı mövqeyinə dair baxışını əks etdirir və İranın İsrailin məhv edilməsini hədəfləyən siyasətinin mərkəzi komponentidir.

Digər yerlərdə Yəməndə fəaliyyət göstərən və İran tərəfindən dəstəklənən şiə silahlı qruplaşması husilərin şüarı "Allah böyükdür, Amerikaya ölüm, İsrailə ölüm, yəhudilərə lənət, islama qələbə" formasındadır. Bu şüar həmçinin, Livanda fəaliyyət göstərən "Hizbullah" təşkilatı tərəfindən istifadə edilən şüarlardan biridir. Tariq Əlhümeyd hesab etmişdir ki, ərəb dünyasında "İsrailə ölüm" şüarı öz funksiyasını itirmişdir və regionun ərəb ölkələri ilə İsrail arasında barışıq sazişlərinin imzalanması bu iddianın bariz sübutudur. Bu şüar İsrailə qarşı nifrətin rəmzlərindən biri kimi Yaxın Şərq regionunun idarəçilərinin də diqqət mərkəzində olmuşdur.

Reaksiyalar

Tərəfdarlar "Islam Quest" internet saytının məlumatına görə, "İsrail hökumətinin zülmü" səbəbindən bu şüarın səsləndirilməsi icazəlidir. Husilərin keçmiş sözçüsü və rəsmi media siması Əli əl-Buxayti mövzu ilə bağlı bildirmişdir ki, onlar əslində heç kimin ölümünü istəmirlər və bu şüar sadəcə olaraq həmin hökumətlərin, yəni Amerika Birləşmiş Ştatları və İsrailin müdaxilələrinə qarşı yönəlmişdir. Əli Xamenei də bu şüarı "İran millətinin şüarı" kimi qiymətləndirmiş və bunun yalnız İranın hansısa bir şəhərinə aid olmadığını ifadə etmişdir. İran Silahlı Qüvvələrinin sözçüsü Məsud Cəzayiri də verdiyi müsahibədə "Amerikaya ölüm", "İngiltərəyə ölüm", "İsrailə ölüm" və bu kimi digər nidalatın bir gecədə ortaya çıxmadığını, bu səbəbdən müxtəlif bəhanələrlə imperializmdən, təkəbbürlü və hegemon rejimlərdən zərər çəkmiş xalqların siyasi leksikonundan çıxarılmasının qeyri-mümkün olduğunu iddia etmişdir.

Əleyhdarlar Amerika Birləşmiş Ştatlarının Birləşmiş Millətlər Təşkilatındakı keçmiş nümayəndəsi və 2024-cü il prezident seçkilərində uğursuzluğa düçar olmuş namizəd Nikki Heyli sosial şəbəkə hesabında paylaşdığı rəydə bu şüarı "Amerikaya ölüm" şüarı ilə birlikdə İrana qarşı çıxmaq üçün bir əsas kimi göstərmişdir. O, İranın nüvə silahı əldə etməyə çalışdığına və bu iki şüarı reallaşdırmaq məqsədi güddüyünə inanır. Ərəbdilli yazıçılardan biri olan Əkrəm Meknes "İsrailə ölüm" şüarını artıq dövrümüzdə uşaqları belə inandırmayan və effektivliyini itirmiş köhnəlmiş bir şüar kimi xarakterizə edir. Kərim Səccadpur "Amerikaya ölüm" və "İsrailə ölüm" şüarlarını, eləcə də hicab məsələsini İran İslam Respublikasının ideologiyasının 2020-ci illərdə də qorunub saxlanılan əsas sütunları hesab edir. Benyamin Netanyahu da bu şüara istinad etmiş, bunu İranda hakim olan radikal mühitin bir sübutu kimi qiymətləndirmişdir.

Hadisələr Adelaida Universitetinin tələbəsi və həmin universitetin tələbə jurnalının redaktoru Həbibə Cağuri "İsrailə ölüm" başlıqlı antisionist məqalə dərc etdirdikdən sonra jurnalın redaktorluğundan kənarlaşdırılmışdır. "The Times of Israel" qəzetinin istinad etdiyi məlumata görə, həmin məqalədə Fələstin üçün sülhə nail olmağın və ədaləti bərqərar etməyin yeganə yolunun İsrailin məhv edilməsini tələb etməkdən keçdiyi qeyd olunmuş, həmçinin "Fələstinə azadlıq və İsrailə ölüm" ifadələrinə yer verilmişdir.

Qeydlər

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Antisionizm Kateqoriya:Hizbullah Kateqoriya:Neologizmlər Kateqoriya:Şüarlar